Yazdırma Seçimləri:

Gəncə halvası

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı40 dəqÜmumi Vaxt50 dəq

Gəncə halvası

Lazım olan ərzaqlar
 200 q kərə yağı
 10 yemək qaşığı un
 2 stəkan şəkər
 1 stəkan su
 zəfəran
 duz
Hazırlanma qaydası
1

Gəncə halvası

Gəncə halvası hazırlamaq üçün gecədən zəfəran dənələrini yarım stəkan soyuq suyun içinə qoyun ki, rəng versin.
Yağı qazanda əridin.
Üzərinə un və bir çimdik duz əlavə edərək taxta qaşıqla qarışdırıb qovurun.
Ayrı bir qaba şəkər tozunu üstünə qaynar su əlavə edərək şəkəri əridin və zəfəran suyunu əlavə edin.
Halva yağa düşənə qədər (yağı buraxmağa başlayana qədər) qovurun, rəng dəyişdirməyə başlayanda üstünə şərbəti əlavə edin və su çəkilənə qədər qarışdırın.
Halvanı boşqablara yayıb bəzəyin.

Nuş olsun!