Yazdırma Seçimləri:

Göbələk dolması

Verimlilik1 PorsiyaHazırlanma Müddəti30 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt45 dəq

Göbələk dolması

Lazım olan ərzaqlar
 2 kq şampinyon göbələyi
İç xərci üçün
 400 q qiymə
 3 diş sarımsaq
 2 ədəd orta boy soğan
  duz
 istiot
Üzəri üçün
 400 q holland pendiri
Göbələk dolmasının hazırlanma qaydası
1

Göbələk dolması

Qiyməni kiçik doğranmış soğan və sarımsaq qataraq qovurun.
Hazır olan qiymənın duzunu ,istiotunu yoxlayıb ocaqdan düşürün və soyumağa qoyun.
Göbələkləri yumazdan əvvəl papaq və çubuq qismini bir-birindən ayırın.
Göbələyin papaq hissəsinin üst qabığı çox incə şəkildə soyub içindəki qara hissəsini ağzı küt bir şeylə təmizləyin.
Təmizlənmiş göbələkləri təmiz yuduqdan sonra içini doldurub soba listinə düzün və 200 dərəcə qızdırılmış sobada bişirin.
Göbələklər suyunu verib 10 dəqiqə qaynadıqdan sonra soba sinisindən çıxardın və doğranmış pendirləri üzərinə qoyub yenidən sobaya verin.
Pendir əriyib azacıq qızarınca yeməyiniz hazır sayılır.
İstəsəniz qatıq və ya sarımsaqlı qatıqla da yeyə bilərsiniz.

Nuş olsun!