Yazdırma Seçimləri:

Göyəm turşusu

Verimlilik1 PorsiyaHazırlanma Müddəti35 dəqÜmumi Vaxt35 dəq

Göyəm turşusu

Lazım olanlar
 500 q sarımsaq
 3 kq göyəm
 3 ədəd dəfnə yarpağı
 30 q quru nanə
  istiot
  duz
 100 q sirkə
Hazırlanma qaydası
1

Göyəm yuyularaq 1-2 yerdən çəngəllə deşilir.
Sarımsaq dişləri soyulub təmizlənir.
Bankanın dibinə ədviyyat qoyulur, sarımsaq dilimləri, sonra göyəm yığılıb üstünə qaynar su tökülür.
Banka açıq şəkildə 3-4 saat (su soyuyana kimi saxlanılır).
Daha sonra bankadakı soyudulmuş su yenidən qazana boşaldılaraq qaynadılır və qaynaq su ikinci dəfə duz və sirkə ilə birgə bankaya tökülür.
Bankanın qapağı hermetik bağlanıb sərin yerdə saxlanılır.