Gül börəyi (video resept)

Gül börəyi

Gül börəyi (video resept) üçün lazım olan ərzaqlar:

  • 150 q Tilsiter pendiri,
  • 100 q Ammerlander kərə yağı,
  • 100-150 q qiymə,
  • 8 ədəd qat-qat xəmir,
  • duz,
  • istiot,

Üzəri üçün:

  • Qatıq,
  • Sarımsaq,
  • Qırmızı bibər,

Gül börəyinin hazırlanma qaydası:

  • Əvvəlcə qiyməni hazırlayırıq.
  • Sonra qiymənin içərisinə duz və istiot əlavə edərək bir çəngəlin yardımı ilə qarışdırın.
  • Qiyməmiz artıq hazırdır.
  • Pendiri də rəndələyin.
  • Qat-qat xəmiri ortadan ikiyə ayırın.
  • Xəmirin içərisinə hazırladığınız qiymədən yayıb üzərinə pendir əlavə edin.
  • Sonra xəmiri rulon şəklində bükün.
  • Hazır rulon xəmiri ortadan ikiyə bölərək oda davamlı bir qaba düzün.
  • Üzərinə isə yumurta sarısını yayaraq əvvəlcədən qızdırdığınız sobada bişməyə verin.
  • Börək bişdiyi zaman ərzində üzərinə əlavə edəcəyiniz qarışımı hazırlayın.
  • Sarımsağı rəndələyərək qatığın içərisinə əlavə edib qarışdırın.
  • Börək hazır olan zaman   sarımsaqlı qatığı börəyin üzərinə yaymaq lazımdır .
  • Bir kənarda isə tavada yağı əridərək üzərinə qırmızı bibəri də əlavə edib qarışdırın.
  • Hazır börəyi sobadan çıxartdıqdan sonra üzərinə sarımsaqlı qatıq və ərinmiş kərə yağı da əlavə edərək servis edin.