Gül paxlava

Ərzaqlar

lazım olan ərzaqlar






İçi üçün

Açmaq üçün

Üzərinə

Şərbəti üçün



Təlimatlar

Hazırlanma qaydası
Gül paxlava

Gül paxlava hazırlamaq üçün əvvəlcə şərbəti qaynadıb bir kənara alın.
Burada şərbət soyuyacaq.
Yoğurma qabına əvvəlcə duru ərzaqları alıb çırpın.
Çırpdığınız xammalın üzərinə qabartma tozu və unu da əlavə edib xəmir yoğurun.
Sonra hazır xəmiri 30 dənə qoz böyüklüyündə kündəyə ayırın.
Hər bir kündəni tort sinisi boyüklükdə bol nişasta ilə açın.
Açdığınız kündənin ortasına bol-bol qoz qoyun.
Yuxanın öncə üst hissəsini ortaya doğru büzün.
Sonra alt hissəsini və iki yanlarını büzərək ortaya doğru gətirin.
Bu işi görərkən bol nişastadan istifadə edin.
Yoxsa xəmir yaxşı büzülmür və istənilən formanı almır.
Büzülən xəmir çiçək şəkli alır.
Hər bir yarpağı ortaya doğru diqqətli qatlayın.
Yarpaqları qatlanan xəmiri əlinizə alıb siniyə tərs çevirin.
Bütün kündələri bu şəkildə bitirin.
Əritdiyiniz kərə yağını gül paxlava üzərinə bolca gəzdirın.
Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada gül paxlava 30-35 dəqiqə üzəri qızarana qədər bişirin.
Bişən gül paxlava sobadan çıxarılır.
Bir dəqiqə qədər hava verdikdən sonra soyuq şərbəti üzərinə tökün.
Şərbətin sorulmasını gozləyin.
Şərbəti soran gül paxlava soyuq halda süfrəyə verilir.