Yazdırma Seçimləri:

Güllac

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqÜmumi Vaxt25 dəq

Lazım olanlar
 9 ədəd güllac (bunu marketlərdən hazır almaq olar)
 5 stəkan süd
 1 stəkan şəkər
 döyülmüş qoz
Üzərin bəzəmək üçün
  mövsüm meyvələri
  nar dənələri
Hazırlanma qaydası
1

Südü şəkərlə birlikdə ilıq hala gətirin.
Yarpaq güllacın birini siniyə yerləşdirin.
Balaca sini olsa güllacın kənarlarından qırıb üst –üstə qoya bilərsiniz.
Ilıq südü güllaca yedirdərək tökün.
Aralarına qoz səpin.
Bunu güllac bitənədək davam edin.
Ən üstə yenə qoz və mövsüm meyvələrini incə-incə doğrayıb bəzəyin.
Dondurma ilə birlikdə servis edə bilərsiniz.
Arzuya görə qaymaqla da servis etmək olar.

Nuş olsun!