
Gürcü xəngəli
Hazırlamaq üçün tələb olunan ərzaqlar:
- Yağlı mal əti: 300 qram,
- Baş soğan: 50 qram,
- Qara çörək otu: 1 qram,
- Buğda unu: 300 qram,
- Su: 100 qram,
- Qara istiot: 1 qram,
- Qırmızı bibər: 1 qram,
- Duz: Lazımi miqdarda,
Gürcü xəngəli hazırlanma qaydası:
- Əti kiçik dilimlərə bölün.
- Sonra baş soğanı soyun və sonra bunu 4-5 hissəyə bölün.
- Ətlə soğanı eyni qaba qoyun.
- Sonra bunlara zövqə görə duz, istiot, qırmızı bibər, çörəkotu əlavə edin.
- Bunları tam qarışana qədər qarışdırın.
- Bütün bunları ət maşınından keçirərək soğanlı, ədviyyatlı qiymə hazırlayın.
- Çəkilmiş qiyməyə su əlavə edin ki.
- Bu, qiyməni yumşaldır.
- İndi isə sıra gəldi xəmirin hazırlanmasına.
- Una duzlu su əlavə edib bərk xəmir yoğurun.
- Yoğurduğunuz bərk xəmiri plastik torbaya qoyub 15-20 dəqiqiə dondurucuda saxlayın.
- Sonra geniş bir qazana 5-7 litr su əlavə edin.
- Bu suya duz da əlavə edin.
- Qazanı güclü alovun üzərinə qoyun.
- İndi isə soyuducudan xəmiri çıxardın.
- Kiçik kündələrə bölün.
- Təqribən 2 mm.qalınlığında yuxa hazırlayın.
- Sonra bu yuxadan stəkanın köməyi ilə dairəvi formada kəsin.
- Yerdə qalan xəmiri yenidən yoğurub yenidən yayın, onları da stəkan vasitəsi ilə yumru halda doğrayın
- Dairəvi xəmirləri nazik yayın.
- Nazik yayılmış bu yuxaların ortasına təxminən 40 qr. qiymə iç qoyub üst hissəsindən büzərək bükün.
- Bükülmə prosesi çox vacibdir və aşağıdakı kimi həyata keçirilir:
Gürcü Xəngəli bükülməsi:
- Xəngəlin bitişdirilməsi sonuncu büküşə kimi hər büküşü yuxarı darta-darta yapışdırmaqla əmələ gəlir.
- Yapışdırma bitdikdən sonra başlığı burub artıq hissəni qopardın.
Gürcü Xəngiəli bişirilməsi:
- Bükülüb hazırlanmış gürcü xəngəli ehtiyatla, bir – bir, ancaq sürətlə qaynayan suya qoyulur.
- Xəngəlləri suya salan kimi ehtiyatla taxta qaşıqla qarışdırın.
- Bu zaman gürcü xəngəli bir – birinə və qazanın dibinə yapışmır.
- Təxminən 7 dəqiqə qaynadıqdan sonra xəngəllər bişir və suyun üzərinə çıxacaq.
- Bişmiş gürcü xəngəli kəfgir vasitəsi ilə ehtiyatla çıxardılır.
- Bu zaman, ehtiyatlı olunmalıdır ki, bişmiş xəngəli dağılmasın.
- Bişmə zamanı diqqət edilməlidir ki, çox bişməsin.
- Bu zaman çox bişərsə, xəngəllər açılıb dağala bilər.
- Xəngəl süfrəyə isti halda verilir.
- Süfrədə gürcü xəngəli qara istiotla birlikdə yeyilir.
- Gürcü xəngəli əllə yemək məsləhətdir.
- Bu zaman xəngəl ehtiyatla dişlənilir.
- Bu zaman xəngəlin suyu dağılmamalıdır.
- Bu su içilir.
Nuş olsun!
Bənzər xəngəl reseptləri:
Leave a Reply