Yazdırma Seçimləri:

Hazır yuxadan pendirli börək

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt45 dəq

pendirli börək

Lazım olan ərzaqlar
 6 ədəd yuxa
 4 ədəd yumurta
 6 yemək qaşığı qatıq
 1 paket marqarin (yarısı içi üçün, yarısı iç xərci üçün)
İçlik üçün
 pendir
  marqarin
 3 ədəd təzə yaşıl soğan
 0,50 dəstə cəfəri
 qırmızı bibər
Hazırlanma qaydası
1

Əvvəlcə börəyin iç xərcini hazırlayın.
Dərin bir kasaya pendiri ufalayın.
Təzə yaşıl soğanın baş hissəsini kəsib sadəcə yaşıl hissəsini və cəfərini incə-incə doğrayın.
Pendirlə qarışdırıb qırmızı bibəri əlavə edin.
Yuxaları dəzgahın üzərinə sərin.
Yuxanın üzərinə sürtüləcək qarışığı hazırlayın.
Yumurtaları çırpın.
Üzərinə qatığı əlavə edin.
Yarım paket marqarini əridərək üzərinə töküb qarışdırın.
Bütün yuxalara fırça ilə bu qarışığı yaxın.
Sonra yuxanı ikiyə qatlayın.
Ikiyə qatladığınız yuxanı 4 yerə bölün.
Iç xərcindən bir qaşıq geniş tərəfinə qoyun.
Bu şəkildə hazırladığınız börək 24 ədəd olacaqdır.
Börəkləri soba sinisinə yan-yana düzün.
Üzərinə iç qarışığından sürtüb çörək otu səpin.
Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada qızarana qədər bişirin.
Isti çay ilə servis edə bilərsiniz.

Nuş olsun!