Yazdırma Seçimləri:

Hinduşqa əti ilə yuxa doğraması

Verimlilik1 PorsiyaHazırlanma Müddəti30 dəqBişmə Vaxtı45 dəqÜmumi Vaxt1 saat 15 dəq

Hinduşqa əti ilə yuxa doğraması

Lazım olan ərzaqlar
 4 ədəd quru yuxa
 78 ədəd hinduşka qanadı
 1,50 l su
 200 q kərə yağı
 2 stəkan döyülmüş qoz içi
Hazırlanma qaydası
1

Əvvəlcə hinduşka ətlərini dərin bir qazana alın və 1,5 l su ilə bişirin.
Yuxaların hər birini 3 barmaq genişliyində qatlayaraq bükün.
Bükdüyünüz yuxaları 3-4 barmaq genişliyində kəsin.
Bişən ətləri suyun içindən çıxardaraq didikləyin.
Hazırladığınız yuxa parçalarını qaynayan hinduşqa suyuna batıraraq tamamən isladın və servis tabağına yığın.
Bütün yuxa parçaları bitənə qədər eynı işləmi yerinə yetirin.
Kərə yağını əridin.
Servis tabağına əvvəlcə islatdığınız yuxaları düzün, üzərinə didiklədiyiniz ət parçalarından səpin.
Əritdiyiniz kərə yağını servis tabağının üzərinə gəzdirin və əzilmiş qoz ləpəsi səpərək isti-isti servis edin.

Nuş olsun!