Holland pendirli kartof qızartması
Holland pendirli kartof qızartması üçün lazım olan ərzaqlar:
- 200 q Tilsiter pendiri,
- 1 ədəd kartof,
- 1 ədəd bibər,
- 1 ədəd pomidor
- 3 ədəd yumurta,
- Göyərti,
- Duru yağ,
- duz,
- istiot,
Holland pendirli kartof qızartmasının hazırlanma qaydası:
- Əvvəlcə kartofu soyub təmizləyin.
- Soyduğunuz kartofları ,pomidor və bibəri kubik şəklində doğrayın.
- Bir tavaya duru yağı töküb qızdırın.
- Yağ qızdıqdan sonra doğradığınız kartofları yağın içərisinə əlavə edin.
- Kartoflar bişənə yaxın doğranan pomidoru, bibəri də əlavə etdikdən sonra ala bildiyi qədər duz vurub qarışdırın.
- Sonra üzərinə yumurtaları da sındırın.
- Yumurtaların üzərinə istiotu və göyərtini da səpin.
- Bunlardan sonra isə rəndələdiyiniz pendiri əlavə edin.
- Pendir əridikdən sonra ocağın altını qapadın.
- İsti-isti servis edin.
Leave a Reply