Yazdırma Seçimləri:

Ispanaqlı Tort

Verimlilik1 PorsiyaHazırlanma Müddəti30 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt1 saat 5 dəq

Görüntüsü və rəngi ilə insanları heyran edən, dadına ilk dəfə baxanlar üçün ıspanaqdan hazırlandığı əsla anlaşılmayan dadlı bir keks tərifi ilə qarşınızdayıq.
Ləzzətli bir dadı var ıspanaqlı keksin. Bunları nəzərə alan 1001dad.com saytı İspanaqlı keks reseptini sizlərə təqdim edir. Həm də bu keksi tort kimi də istifadə edə bilərsiniz. Özəl günlərinizdə rəngiylə iştah açan şəhanə bir ləzzət olaraq servis edə bilərsiniz.

Lazım Olan Ərzaqlar
 4 ədəd yumurta
 1 stəkan un
 1 stəkan şəkər tozu
 1 yemək qaşığı duru yağ
 150 q ispanaq yarpağı püresi
 1 paket vanil
 1 paket qabartma tozu
Kremi Üçün
 1 l süd
 1 stəkan şəkər tozu
 1 stəkan un
 1 paket vanil
 1 stəkan hindistan cəvizi
 1 yemək qaşığı kərə yağı və ya marqarin
İspanaqlı Tort Üçün Ərzaqların Yığılması
1

✅Yumurtaları yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅İspanaqları yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅İstifadə edəcəyiniz şəkər tozunu kasaya yığın.
✅İstfadə edəcəyiniz duru yağ kasaya süzün.
✅İstifadə edəcəyiniz şəkər tozunu bir kasaya ylğın.
✅Lazım olan qabartma tozunu kiçik bir kasaya yığın.
✅İstifadə edəcəyiniz unu kiçicik bir kasaya ələyin.

Kremin Hazırlanması
2

✅ Bir qazana süd,şəkər və unu alın, muhalləbi qatılığına gələnə qədər topaqlanmaması üçün davamlı qarışdırın.
✅ Göz -göz olanda vanilini, Hindistan cəvizi və yağı əlavə edib qarışdırın.
✅ Ocaqdan alıb ilınmaya qoyun.

Keksin Xəmirinin Hazırlanması
3

✅ Ispanaq yarpaqlarını təmiz yuyub robota yığın.
✅ Üzərinə çox az su əlavə edib püre halına gələnə qədər əzin.
✅ Yumurtanı köpüklənənə qədər çırpın.
✅ Şəkəri əlavə edib qabarına qədər çırpmağa davam edin.
✅ Duru yağ və ıspanaq püresini əlavə edib qarışdırın.
✅ Un və qabartma tozunu əlavə edib qarışdırın.
✅ Orta boy qəlibin altına yağlı kağız sərin və yan divarları yağlayın.
✅ Keksin ərzaqlarını qəlibə tökün.

Keksin Bişirilməsi
4

✅ Sobanı əvvəlcədən 180 dərəcəyə yaxın qızdırın.
✅ 180 dərəcədə bişirin.
✅ Keks bişdikdən sonra soyumasını gözləyin.
✅Soyuyan keksi iki bərabər hissəyə bölün.

Keksin Hazırlanması
5

✅ Dərin bir kasanın içərisinə( hər yanına) strec film çəkin .
✅ Daha sonra keksin rahat çıxmasını gözləyin.
✅ Keksin bir hissəsini kasaya yerləşdirib əlinizlə qabın şəklini alması üçün basdırın.
✅ İçinə ilınan kremi tökün və qaşıqla düzəldin.
✅ Diğər keks parçasını da üzərinə əlavə edib yüngülcə basdırın.
✅ Üzərinə bir tabaq qoyub 1 gecə soyuducuda saxlayın.

Keksin Servis Edilməsi
6

✅ Ertəsi gün servis tabağına ters çevirerek servis edin.
✅ İstəsəniz kreminizin içini daha da zənginləşdirə bilərsiniz.
✅ Məsələn, banan dilimləri, damla şokolad və s. istifadə edə bilərsiniz.

Nuş Olsun!