Yazdırma Seçimləri:

İspanaqlı tort

Verimlilik1 PorsiyaHazırlanma Müddəti45 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt1 saat 15 dəq

ispanaqlı tort

Lazım olan ərzaqlar
 3 ədəd 3 yumurta
 2 stəkan ələnmiş un
 1 stəkan duru yağ
 1 stəkan toz şəkər
 1 paket qabartma tozu
 1 paket vanil
 1 stəkan rondodan çəkilmiş ispanaq püresi
Kremi üçün
 1,50 stəkan süd
 1 ədəd yumurta
 3 yemək qaşığı nişasta
 4 yemək qaşığı toz şəkəri
 1 paket vanil
 2 yemək qaşığı kərə yağı
Üzəri üçün
 1 paket sadə krem şanti
 1 stəkan süd
Hazırlanma qaydası
1

Yarım dəstə ıspanağı bol su ilə yuyun və kiçik bir qazana alaraq üzərini keçəcək qədər su ilə bişirin.
Bişən ispanaqları süzüb rondodan keçirin.
Yumurta və şəkəri pansipanyada və keksdə olduğı kimi ağappaq olana qədər çırpın.
Duru yağ, un, qabartma tozu və vanili ələyərək əlavə edin və bir az daha çırpın.
Ən son ıspanaq püresini qatıb tamamən qarışana qədər qarışdırın.
Marqarin ilə qəlibin bütün iç hissəsini yağlayın və hazırlanan qarışımı tökün.
Əvvəlcədən 160 dərəcə qızdırılmış sobada 30 dəqiqəyə yaxın bişirin(sobadanan almadan ortasını yüngülcə basdıraraq kontrol edin.
Əgər yumuşaqdırsa 5-10 dəqiqə daha bişirin.
Pandispanyayı bir gün əvvəldən bişirməkdə fayda var.
Tortun kremi üçün lazım olan ərzaqları bir qazana yığın.
Vam odda qatılaşana qədər bişirin. (mühəlləbidən daha qatı olmalıdır).
Soyuması üçün ocaqdan alın və ara- sıra qarışdırın.
Soyuyan və gözlədilən pandispanyanızı qatlara ayırın (asan kəsilməsi üçün bir gün əvvəlcədən bişirin).
Hər qata soyuyan tort kreminındən bolca sürtün.
Krem şantiyi 1 stəkan soyuq südlə çırpın və tortun üzərinə yayın.
Servis edənə qədər soyuducuda saxlayın .
Pandispanyayı kəsərkən çıxan qırıntılardan tortun üzərinə bəzək vura bilərsiniz

Nuş olsun!