Kələm dolması

Kələm dolması
Kələm dolması

Azərbaycan Milli Mətbəxi dedikdə, ilk olaraq ağlımıza  gələn ləziz təamlardan biridir Kələm dolması.

Bu yazımızda sizə Ləzzətli Kələm Dolması reseptini təqdim edirik. Buyurun kələm dolması resepti.

Lazım olan ərzaqlar: 

  • Qoyun əti: 162 qram,
  • Düyü: 20 qram,
  • Noxud: 10 qram,
  • Baş soğan: 15 qram,
  • Dolmalıq kələm: 220 qram,
  • Şabalıd: 50 ram,
  • Keşniş: 15 qram,
  • Pomidor: 50 qram,
  • Darçın: 0,1 qram,
  • Duz (lazım olduğu qədər)ni

Kələm dolması hazırlanma qaydası:

  • Kələm dolması hazırlamaq üçün əvvəlcə qiymə hazırlayın.
  • Qiymə hazırlanarkən ətçəkən maşından soğanı da keçirin  və yaxud da soğanı çox kiçik – kiçik halda doğrayın.
  • Qiyməni  hazırlamazdan əvvəl  noxud ləpəsini soyuq suda  isladın.
  • Noxud ləpəsinin əvvəlcədən isladılmasının səbəbi yumşalması üçündür.
  • Şabalıdları  təmizləyin və kiçik – kiçik ölçüdə doğrayın.
  • Daha sonra soğanlı hazır qiyməyə düyü, əvvəlcədən isladılmış noxud ləpəsi, kiçik ölçüdə doğrnamış şabalıd, doğranmış pomidor, kiçik- kiçik doğranmış göyərti, lazımi qədər istiot və duz əlavə edin.
  • Bütün bu qarışıqları  və qiyməni  yaxşıca qarışdırın.
  • Dolmanın içi hazır olduqdan sonra kələmin hazırlanmasına  başlayın.
  • Suyu  geniş bir qazanda qaynadın.
  • Bu qaynar suda kələmi pörtlədin.
  • Pörtlədilmiş kələmin yarpaqlarıni bir – birindən ayırın.
  • Kələmin qalın zoğları varsa, onları  kəsin.
  • Hər dolma üçün bir  ədəd kələm yarpağı götürülür.
  • Hazırlanan qiymə qarışığı kiçik parçalar halında pörtlədilmiş kələm yarpaqlarının içərisinə qoyub bükün.
  • Bükülmüş dolmaları səliqə ilə qazana düzün.
  • Bəzən alt hissədə olan dolmaların yanmaması üçün qazanın dibinə pörtlədilmiş kələm yarpaqları  da düzürlər.
  • Dolmaları büküb qazana yığdıqdan sonra üzərinə yavaş – yavaş qaynar su və ya ət bulyonu tökün.
  • Ağırlıq üçün Kələm dolmasının  üzərinə kiçik bir tabağı tərs çevrirərək qoyun.
  • Dolmanı  vam odda bişirin.
  • Dolma süfrəyə verilərkən üzərinə bişirildiyi sous  və biraz da darçın tozu səpilir.

Nuş olsun!