Yazdırma Seçimləri:

Kəsmikli bulka

Verimlilik1 PorsiyaHazırlanma Müddəti2 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt2 dəq

Kəsmikli bulka

Xəmir üçün lazım olan ərzaqlar
 6 stəkan un
 4 ədəd yumurta
 1 stəkan ilıq süd
 100 q kərə yağı
 1 yemək qaşığı toz şəkər
 duz
 1 paket maya
Kəsmikli xərc üçün
 200 q kəsmik(şor)
 200 q toz şəkər
 100 q un
Üzəri üçün
 3 ədəd yumurta sarısı
 1 yemək qaşığı duru yağ
 küncüt
Hazırlanma qaydası
1

Kəsmikli bulka

Yumurtalar və otaq temperaturunda yumşalmış kərə yağını əllə qarışdırın.
Qarışan yumurta və yağa süd əlavə edərək yenə əllə qarışdırın.
Kənarda ələnmiş un,toz şəkər və duzu qarışdıraraq bunlara əlavə edin və yumşaq, ələ həm yapışan,həm də yapışmayan xəmir yoğurun.
Xəmirin üzərini örtərək qabarması üçün isti bir yerə qoyun.
1.5 saat xəmirin qabarması üçün yetərli olacaqdır.
Sonra xəmirdən mandalin böyüklüyündə kündələr hazırlayın (25 kündə olacaq).
Kündələri tək-tək əllə azca açın.
İçinə hazırladığınız kəsmikdən 1şirniyyat qaşığı qoyub boxça kimi bükün.
Yağlanmış soba listinə düzün.
Sonra üzərinə yağla qarışdırılmış yumurta sarısı sürtün.
Küncüt səpərək 180 dərəcə qızdarılmış sobada üzəri qızarana qədər bişirin.
Sobadan çıxtığı andan bulkamız yeyilməyə hazırdır.

Nuş olsun!