Yazdırma Seçimləri:

Kartoflu xəngəl

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt25 dəq

Kartoflu xəngəl hazırlamaq üçün lazım olanlar
 500 q un
 2 ədəd yumurta
 duz
 Ilıq su
içi üçün
 500 q kartof
 1 ədəd soğan
  duz
 duru yağ
 istiot
 kəklik otu
 nanə
 1 yemək qaşığı tomat
Üzəri üçün
 kərə yağı
 pul bibər
Hazırlanma qaydası
1

Unun içinə yumurtaları qırın.
Bir şirniyyat qaşığı duz atın.
10 dəqiqəyə yaxın xəmiri yoğurun.
Bir yandan da kartoflarl bişirin.
Bişən kartofları rəndələyin.
Bir tavada yarım çay stəkanı yağda incə doğranmış soğanları qovurun.
Duzunu, tomatını, ədviyyatlarını da qatın.
Bir az daha qovurduqdan sonra soyumağa qoyun.
Soyuyan soğanı kartof rəndəsinin üzərinə əlavə edin.
Kündələrə ayırıb dincə qoyduğunuz xəmirləri yuxadan bir az qalın yayın.
Su stəkanı ilə kənardan başlayaraq kəsin.
Hazır içdən xəmirin içinə yarım yemək qaşığı qoyub bükün.
Kənarlarını bərkidib unlanmış siniyə qoyun.
Bir qazanın içinə duzlu su qoyub qaynadın.
Suyun içinə duru ağ əlavə edin.
Qaynayan suyun içində mantınızı bişirin.
Bişən mantıları servis tabağına alın.
Üzərinə sarımsaqlı qatığı əlavə edin.
Kiçik bir tavada kərə yağı və pul bibəri qovurub mantının üzərinə gəzdirin.