Yazdırma Seçimləri:

Kartoflu Zrazı – Avropa Mətbəxinin Məşhur Yeməyi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı40 dəqÜmumi Vaxt1 saat

Zrazı yeməyi -Şərqi Avropa ölkələrinin Polşa, Litva, Latviya kimi ölkələrin məşhur yeməyidir.
Məşhur Zrazi yeməyi Polşa, Litva, Latviya və s. ölkələrdə çox sevilir. Zrazi yeməyi, müxtəlif ərzaqlarla birlikdə doldurulan bir ət yeməyidir. Daha çox kotletə bənzəyir.
İçlik olaraq əsasən göbələk və ya yumurta istifadə edilir. Bu gün sizlərə tam fərqli ərzaqla-kartofla hazırlanan bir yeməyi təqdim edəcəyik.

kartoflu zrazı

Kartoflu Zrazı Üçün Lazım Olan Ərzaqlar
 500 q qiymə
 5 ədəd kartof
 1 ədəd baş soğan
 3 diş sarımsaq
 1 ədəd yumurta
 300 q un
 duz
 istiot
Kartoflu Zrazını Qızartmaq Üçün
 yağ
 suxarı
Kartoflu Zrazı Üçün Ərzaqların Yığılması
1

✅Kartofları yuyub suyunu süzün.
✅Unu, duzu, istiotu ayrı-ayrı kasalara yığın.
✅Yumurtanı yuyub mətbəx dəsmalının üzərinə alın.
✅Unu bir kasaya ələyin.
✅Əti təmizləyərək yuyun və suyunu verməsi üçün aşsüzənə yığın.
✅Sarımsağı, soğanı soyub kasalara yığın.
✅Suxarını kasaya yığın.
✅Duru yağı tavaya süzün.

Kartoflu Zrazı Üçün Ərzaqların Hazırlanması
2

✅Kartofları suda qaynadaraq bişirin və sonra suyunu süzün.
✅Bişən kartofların qabığını soyaub isti-isti püre olana qədər əzin.
✅Hazırladığınız püreyə duz, istiot, və yumurta əlavə edib yaxşıca qarışdırın.
✅Tamamən bu ərzaqlar qarışıb püre olduqdan sonra unu yavaş-yavaş əlavə etməyə başlayın.
✅Unu da kartof püresinə əlavə edərək yenidən yoğurun.
✅Kartofla hazırladığınız xəmir ələ yapışmamalıdır.
✅Ətdən qiymə hazırlayın.
✅ Sarımsaq və soğanları xırda-xırda doğrayıb bitki yağında qovurun.
✅Qiyməni əlavə etdikdən sonra isə duz və istiot vurub hazır olana qədər qarışdırın.

Kartoflu Zrazının Hazırlanması
3

✅ Kartoflu xəmir hazır olandan sonra soyumağa qoyun.
✅Azacıq ələ yağ və ya su vurub kotletlərə forma verin.
✅ Kartof xəmirini yastı şəkildə əldə yayıb, ortasına ət qiyməsi əlavə edərək hər tərəfini bağlayın.
✅Hazır kotletlərin hər tərəfini suxarıya batırın.
✅Orta atəşdə hər tərəfli qızardın.
✅Kartoflu zrazılar hazırdır.
✅Süfrəyə müxtəlif soslarla verə bilərsiniz.

Kartoflu Zrazının Bişirilməsi
4

✅Hazır kotletlərin hər tərəfini suxarıya batırın.
✅Orta atəşdə hər tərəfli qızardın.
✅Kartoflu zrazılar hazırdır.

Kartoflu Zrazının Servis Edilməsi
5

✅Süfrəyə müxtəlif soslarla verə bilərsiniz.

Nuş Olsun!