Yazdırma Seçimləri:

Küftəli badımcan kababı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti35 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt1 saat 5 dəq

Lazım olan ərzaqlar
 500 q orta yağlı qıymə
 3 ədəd köhnə çörək dilimi (rəndələnmiş)
 1 ədəd rəndələnmiş böyük soğan
 2 diş sarımsaq
 1 ədəd yumurta
 1 çimdik duz
 1 çimdik pul bibər
 1 çimdik istiot
 4 ədəd badımcan
 3 ədəd pomidor
 56 ədəd bibər
 duru yağ
Tomatlı sos üçün
 1 yemək qaşığı tomat
 1 stəkan qaynar su
Hazırlanma qaydası
1

İlk olarak 500 gram orta yağlı qiymənizi yoğuracağınız tavaya alın.
Üç dilim köhnə çörəyi ufalayaraq qiymənin içinə əlavə edin.
Soğanı soyub yuyun.
Yuduğunuz soğanı da rəndələyib qiymənin içinə əlavə edin.
Bir ədəd yumurta və rəndələnmiş sarımsağı da əlavə edib duz, pul bibər və istiotu da qiymənin içinə əlavə etdikdən sonra yoğurmağa başlayın.
Yumurta böyüklüyündə bir parça alıb şəkil verərək soba tabağına düzün.
Küftələri tam olaraq bişirmədən 200 dərəcə qızdırdığınız sobada 15 dəqiqə bişirin.
Dörd ədət badımcanı alacalı olaraq soyun.
Sonra incə- incə uzunsov şəkildə dilimləyib 30 dəqiqə duzlu suda saxlayın.
30 dəqiqə saxladıqdan sonra kağız dəsmal ilə badımcanların artıq suyunu alın.
Tavada yağı qızdırın.
Qızdırdığınız yağın içində badımcanları qızardın.
Kağız dəsmal üzərinə qoyun ki ,artıq yağını alsın.
Bundan sonra iki dilim badımcanı X şəklində üst-üstə qoyun.
Daha sonra ortasına hazır küftənizdən qoyun.
Pomidorları iki yerə bölün.
Bibərləri də eyni qaydada ikiyə bölün.
Badımcanın ortasına yerləşdirdiyiniz küftənin hər tərəfinə badımcanı qatlayıb üzərinə doğradığınız pomidoru yerləşdirin.
Lap sonda isə bibərləri də kurdanla küftənin üzərinə bərkidib soba tabağına düzün.
Sonra sosunuzu hazırlamaq üçün bir yemək qaşığı tomat və bir su stəkanı qaynar suyu qarışdırın.
Hazırladığınız tomat sosunu badımcan kababının üzərinə gəzdirərək tökün.
Sobanız 200 dərəcədəykən 20-25 dəqiqə daha bişirin.
Küftələrinizi daha əvvəlcədən tam bişirməməyinizin səbəbi təkrar bişirəcək olmağınızdır.
Küftəli badımcan kababı bişdikdən sonra tabaqlara alıb servis edin.

Nuş olsun!