Kipr şirniyyatı

kıbrısrumcevizlitatlı

Lazım olan ərzaqlar:

  • 4 yumurta,
  • 1 su stəkanı şəkər,
  • 2 su stəkanı duru yağ,
  • 1 su stəkanı hind qozu,
  • 1 su  stəkanı qoz ləpəsi,
  • 1 su stəkanı çörək qırıntıları(suxarı),
  • 1 yemək qaşığı un,
  • 1 qabartma tozu,
  • 1 vanilin,

Mühəlləbi üçün:

  • 1 su stəkanı şəkər,
  • 1 su stəkanı nişasta,
  • 1 litrədən 1 su stəkanı əksik süd,
  • 1 vanilin,
  • 1 paket toz şanti,

Şərbəti üçün:

  • 1,5 su stəkanı şəkər,
  • 2 su stəkanı su,

Hazırlanması:

  • Dərin bir qaba yumurta və şəkəri alıb yaxşıca çırpın.
  • Daha sonra digər ərzaqları da sırasıyla əlavə edib yumurtanı söndürmədən taxta qaşıqla yavaş-yavaş çırpın.
  • Dörtkünc qabı yağlayıb xəmiri tökün.
  • Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada  üzəri qızarana qədər bişirin.
  • Bişən keksi sobadan çıxardıb  qoyun soyusun.
  • Yanda isə bir qazana şəkər və suyu qoyub 5-10 dəqiqə bişirin və bişən keksimizin üzərinə tökün.
  • Ayrı bir qazanda şəkər və nişastanı alıb yavaş-yavaş süd əlavə edərək çırpma teliylə çırpıb ocağa qoyun.
  • Orta atəşdə davamlı qarışdıraraq mühəlləbinizi bişirin.
  • Ocaqdan düşürdərək ilıq  olanda şanti tozunu və vanilini də əlavə edərək mühəlləbini mikserlə çırparaq tamamən soyudun.
  • Axan bir mühəlləbi olmalıdır.
  • Sərt olmamalıdır.
  • Istədiyiniz qatılıqda deyilsə də süd əlavə edə bilərsiniz.
  • Soyuyan mühəlləbini soyuyan keksimizin üzərinə töküb üzərini düzənləyin.
  • Vaxtınız varsa soyuducuda yarım saata yaxın saxlayıb sonra servis edin.