Köhnəlməyən poğaça
Köhnəlməyən poğaça

Lazım olan ərzaqlar:

  • 1 paket yaş maya,
  • 1 su stəkanı ilıq süd,
  • 2 yemək qaşığı toz şəkər,
  • 1 su stəkanı duru yağ,
  • 1 şüşə mineralnı su 200 ml,
  • 1 yemək qaşığı duz,
  • 6 su stəkanı un,

İçi üçün:

  • Pendir-cəfəri,

Üzərinə:

  • 2 yumurta sarısı,
  • Cirə,

 Hazırlanması:

  • Yoğurma qabına maya, ilıq südü alın.
  • Maya əriyənə qədər qarışdırın.
  • Mineralnı suyu və duru yağı da əlavə edərək qarışdırmağa davam edin.
  • Az-az un, şəkər tozuvə duz əlavə edin.
  • Xəfif ələ yapışan bir xəmir yoğurun.
  • Xəmirin üzərini örtün və iki qatına çatana qədər mayalanmaya qoyun.
  • Mayalanan xəmiri mandalindən böyük kündələrə ayırın.
  • Ovcnuzun içərisində açıb pendir cəfəri qoyub bükün.
  • Yağlanmış tabağa düzün və üzərinə bol yumurta sarısı və cirə səpin.
  • Tabaqda daha 10 dəqiqə saxlayın və 180 dərəcə qızdırılmış fırında üzəri qızarana qədər bişirin.