kök şorbası
Kök şorbası hazırlamaq üçün lazım olan ərzaqlar:
- Bir az duz,
- 2 çay qaşığı pul bibər,
- 1 çay qaşığı istiot,
- 1 stəkan süd,
- 1 yumurta,
- 1 şorba qaşığı un,
- 1 şorba qaşığı kərə yağı,
- 3 ədəd kök,
- 5 stəkan ilıq su,
- Bir az incə doğranmış cəfəri,
- Bir az rəndələnmiş holland pendiri,
Kök şorbasının hazırlanma qaydası:
- Əvvəlcə kökləri təmiz yuyun.
- Suyunu dəsmal ilə qurudun.
- Köklərin qabıqlarını təmizləyin.
- Bunlardan sonra kökləri kubiklər şəklində doğraıyın.
- Yarım stəkan yağda kökləri 5 dəqiqə qovurun.
- Sonra 1 stəkan su əlavə edib köklər yumşalana qədər bişirin.
- Bişirdiyiniz kökləri aşsüzənə tökün.
- Aşsüzəndə kökləri püre halına gətirin.
- Püre halına gətirdiyiniz köklərin üzərinə 8 stəkan ət suyu əlavə edib ocağın üzərinə qoyun.
- Başqa bir qazanda isə bir qaşıq kərə yağında unu qovurun. Bundan sonra qovrulmuş unun içərisinə yarım stəkan süd əlavə edin.
- Yumurtaları təmiz yuyun.
- Yuyulmuş yumurtaları sındırın və sarısını ağından ayırın.
- Bir qabda yumurtanın sarısını möhkəm çırpın.
- Süd qatılan unu ocaqdan endirin ki, bir az soyusun.
- Ocaqdan endirdiyiniz qarışımın üzərinə çırpılmış yumurta sarısını əlavə edib qarışdırın və şorbaya əlavə edin.
- Bir az qaynadın.
- Sonra üzərini incə doğranmış cəfəri və holland pendiri ilə bəzəyərək servis edin.
To Top
Leave a Reply