Kolbasalı blincik

 

Kolbasalı blincik üçün lazım olan ərzaqlar:

  • 150 q AmmerlanderTilsiter pendir,
  • 2 ədəd yumurta,
  • 2 stəkan un,
  • 2 stəkan süd,
  • 1 çimdik duz,
  • Yarım dəstə cəfəri,
  • Yarım dəstə yaşıl soğan,
  • Yarım dəstə şüyüd,
  • 2 ədəd kök,
  • 300 q kolbasa

Kolbasalı blincikin hazırlanma qaydası:

  • Əvvəlcə ərzaqları hazırlayın.
  • Soğanı, şüyüdü, cəfərini, kökü  kiçik-kiçik doğrayın.
  • Kolbasanı da halqavarı doğrayın.
  • Bunlar başa çatdıqdan sonra blincikin xəmirini hazırlamağa başlayın.
  • Bütün doğradığınız tərəvəzləri, yumurtanı, unu, duzu, südü qataraq möhkəm çırpın.
  • Çox da qatı olmayan bir qarışım əldə edəcəksiniz, yəni sadə blincik xəmirində olduğu kimi.
  • Tavanı oçaqda isidin .
  • Azca yağlayın.
  • Tava qızdıqdan sonra bir çömçə yardımıyla hazırladığınız qarışımdan tavaya töküb yayın.
  • Hər iki üzü bişdikdən sonra götürüb digər blinciki hazırlayın.
  • Bu prosesi qarışım qurtarana qədər davam etdirin.
  • Hazır blinciki  bir servis tabağına yerləşdirin.
  • Üzərinə rəndələnmiş holland pendirini səpin.
  • Sonra pendirin üzərinə doğranmış kolbasanı düzün.
  • İşləm başa çatdıqdan sonra o biri blinciki də kolbasanın üzərinə qoyub tavada qızdırın.
  • Pendir əridikdən sonra ocaqdan götürüb dilimləyin  və yaxınlarınızla birlikdə nuş edin!