Yazdırma Seçimləri:

Köri soslu toyuq

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt30 dəq

Lazım olan ərzaqlar
 600 q toyuq filəsi
 2 yemək qaşığı duru yağ
 1 yemək qaşığı un
 1 yemək qaşığı kərə yağı
 2 stəkan soyuq süd
 1 stəkan su
 1 çay qayığı köri
 1 çay qayığı qara bibər
 1 çay qayığı duz
 2 dəstə cəfəri
Hazırlanma qaydası
1

Bir qabda 2 xörək qaşığı yağı qızdırın.
Filələri doğrayıb qızardın.
Köri sosunu hazırlamaq üçün başqa bir qazanda 2 qaşıqkərə yağını əridin.
Üzərinə 1 xörək qaşığı un əlavə edib rəngi dəyişənə qədər qovurun.
Qovrulmuş una 2 stəkan soyuq süd əlavə edin və unun yığılmaması üçün qaşıq ilə sürətlə qarışdırın.
Yarım stəkan isti su, 1 çay qaşığı köri, 1 çay qaşığı duz və istiot əlavə edin.
Sosu kiçik bir atəşdə 4-5 dəqiqə bişirin, durulaşana qədər davamlı qarışdırın. Hazırladığınız sosu qovrulmuş toyuqlara əlavə edin və qarışdıqdan sonra 5 dəqiqə bişirmə prosesinə davam edin.
Köri sosu ilə toyuğa bir ovuc incə doğranmış cəfəri əlavə edin və isti -isti servis edin.

Nuş olsun!