Yazdırma Seçimləri:

Korjik

Verimlilik1 PorsiyaHazırlanma Müddəti35 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt50 dəq

Ətirli və dadlı bu şirniyyat məktəblilərin vaz keçə bilməyəcəyi bir şirniyyatdır.

Korjik

Korjik Bişirmək Üçün Lazım Olan Ərzaqlar
 500 ml süd
 120 q şəkər tozu
 60 q kərə yağı
 1 ədəd yumurta
 1 paket kenton şəkərli vanil
 1 paket kenton qabartma tozu
 duz
 310 q un
Korjikin Üzəri Üçün
 1 ədəd yumurta sarısı
Korjik Üçün Lazım Olan Ərzaqların Yığılması
1

✅ İstifadə edəcəyiniz südü bir stəkana süzün.
✅ İstifadə edəcəyiniz şəkər tozunu bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz Kenton şəkərli vanilini və qabartma tozunu ayrı-ayrı kasalara yığın.
✅ İstifadə edəcəyiniz kərə yağını bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz yumurtaları yuyub mətbəx dəsmalının üzərinə yığın.

Korjik Üçün Lazım Olan Ərzaqların Hazırlanması
2

✅Unu ələyin və içərisinə qabartma tozu və vanilini də əlavə edin.
✅ Çalışın vanilini və qabartma tozunu da ələyib una qatasınız.
✅ Bu zaman unun havası çıxmış olur.
✅ Südü bir yoğurma qabına tökün.
✅ Yumurtanı bir kasaya sındırın.
✅ Digər yumurtanın ağını sarısından ayırın.
✅ Yumurtanın sarısını korjikin üzərinə vurmaq üçün ayırın.
✅Korjik bişirəcəyiniz qəlibə bişirmə kağızı sərin.

Korjik Xəmirinin Hazırlanması
3

✅ Qaba süd və şəkər tozu əlavə edib qarışdırın.
✅Şəkərli südə kərə yağ, yumurta, duz vurun.
✅Kenton şəkərli vanil və Kenton qabartma tozunu da una əlavə edin.
✅Sonra bunları da xəmirin yoğrulacağı qabdakı ərzaqlara əlavə edin.
✅Xəmiri yoğurun.
✅Xəmir yoğrulub ələ yapışmayan bir xəmir olduqdan sonra masanın üzərinə qoyun.

Korjikin Hazırlanması
4

✅Xəmirin masaya yapışmaması üçün masanın üzərinə un səpin.
✅Sonra xəmiri oxlov vasitəsi ilə yayın.
✅Yayılan xəmirin qalınlığı təqribən 1 sm olur.
✅Yayılan xəmiri qəlib vasitəsi ilə kəsin.
✅Soba listinə bişirmə kağızı sərin.
✅Doğranan korjik xəmirini buraya düzün.
✅Korjikin üzərinə yumurta sarısı vurun.
✅Çəngəl vasitəsi ilə üzərinə naxış vurun.

Korjikin Bişirilməsi
5

✅Sobanı əvvəlcədən 180 dərəcəyə yaxın qızdırın
✅Əvvəlcədən 200 dərəcə isidilmiş sobada 10-12 dəqiqə bişirin.

Korjikin Servis Edilməsi
6

✅Korjik əsasən məktəbli çantalarının vaz keçilməyəcək bir şirniyyatdır.
✅Hər birimiz sevə-sevə bu şirniyyatdan istifadə edirik.

Nuş Olsun!