Yazdırma Seçimləri:

Közlənmiş qırmızı bibər turşusu

Verimlilik1 PorsiyaHazırlanma Müddəti45 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt1 saat 5 dəq

Közlənmiş qırmızı bibər turşusu

Lazım olan ərzaqlar
 5 kq ətli qırmızı bibər
 1,50 stəkan sirkə
 2 stəkan zeytun yağı
 ½ stəkan iri duz
 1 yemək qaşığı şəkər
 ½ dəstə cəfəri
 1 ədəd sarımsaq (baş)
 6 ədəd dəfnə yarpağı
Hazırlanma qaydası
1

• Bibərləri təmiz yuyub qurudun.
• Çəngəllə bir neçə yerindən deşin.
• Sonra bibərləri közləyin. (mangalda olsa daha yaxşı olardı).
• Sobada 200 dərəcədə, mangalda köz üstündə və ya teflon tavada çevirərək bibərləri közləyin.
Bibərləri isti halda aliminium folyoya zərf kimi bükərək ağzı bağlı bir naylon totbaya qoyun, yaxud da bir qazana qoyub üzərinə dəsmal örtərək qapağını örtün.
Bu şəkildə 30-60 dəqiqə saxlayın, çünki bibərlər soyuduqdan sonra qabıqları asan soyulacaqdır.
Sonra bibərlərin çəkirdəklərini təmizləyin.
Bir qab içində sirkə, iri duz, şəkər və zeytun yağını qarışdırın.
Qabıqları soyulmuş bibərləri istədiyiniz şəkildə kəsin.
Şüşə bankanın altına 1-2 dəfnə yaprağı qoyun.
Bibərləri yerləşdirin.
Hər 3-4 sıra bibərdən sonra, soyulmuş sarımsaq və hazırladığınız qarışıqdan qoyun.
Bibərlər bitənə qədər bu prosesi təkrarlayın.
Ən üstə dəfnə yarpağı və cəfəri yerləşdirin.
Qarışığın geri qalanını üstündən tökün.
Üstdə boşluq qalarsa zeytun yağı tökərək hava ilə təmasda olmasının qarşısını kəsin.
1 həftə sonra turşu hazır olacaqdır.
İşıq olmayan sərin bir yerdə mühafizə edin.

Nuş olsun!