Küftəli qatıq şorbası

Comments No Comments
Total Time 0 dəq
Difficulty

Küftəli qatıq şorbası

Küftəli qatıq şorbası
Küftəli qatıq şorbası

Küftəli qatıq şorbası  üçün lazım olan ərzaqlar:

  • 0.500 kq qiymə,
  • 2 su stəkanı qatıq,
    3 yemək qaşığı un ,
    3 stəkan  su ,
    1 çay qaşığı duz,
    2 yemək qaşığı zeytun  yağı ,
    2 yemək qaşığı  quru nanə,
    1 çay qaşığı pul bibər

Küftəli qatıq şorbasının hazırlanma qaydası:

  • Küftənin  malzəmələrini bir qaba alaraq  gözəlcə yoğurun.
    Daha sonra kiçik-kiçik  parçalara ayırın.
  • Parçaları iki ovcunuzun içində yuvarlayıb kiçik   küftələr düzəldin.
  • Küftələrin yapışmaması  üçün una bulayın.
    Üç su stəkanı  suyu bir qazana  alaraq qaynadın.
  • Qaynayan suya küftələri ataraq 10 dəqiqə bişirin.
    Ayrı bir qabda qatıq və  unu  yaxşıca   qarışdırın.
  • Küftələrin suyundan alaraq qatıqlı una qarışdırın.
    Hazırladığınız    qatığı  küftələrin üzərinə yavaş -yavaş əlavə edin.
  • Qatığı əlavə edərkən vam odda bişirdiyiniz  şorbanı sürətli qarışdırın.
    Təkrar qaynayana qədər yavaş -yavaş qarışdıraraq 10 dəqiqə daha bişirin.
  • Bişdikdən sonra duzunu əlavə edin.
  • Sonda isə üzərinə yağda qovurduğunuz pul bibər  və quru nanə əlavə edin.
  • Xörəyi isti  halda servis edə bilərsiniz.

Nuş olsun!

 

 

Share
I made it0 People made this
Prev Post
Doyurucu və tox tutan pəhriz salatı:Yunan salatı
Next Post
Toyuq file ilə pendirli çubuq

Leave a Reply

To Top