Yazdırma Seçimləri:

Kükü (mücvər)

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt40 dəq

Kükü (mücvər)

Lazım olan ərzaqlar
 2 ədəd kabak
 2 yemək qaşığı yulaf kəpəyi
 müxtəlif ədviyyatlar
 təzə nanə
 yaşıl soğan
 cəfəri
 1 çay qayığı qabartma tozu
 2 ədəd yumurta
 3 yemək qaşığı əzilmiş pendir
Hazırlanma qaydası
1

Əvvəlcə kabakları rəndə və ya mətbəx robortunun köməyi ilə rəndələyin.
Rəndələnmiş kabakları 5-10 dəqiqə süzgəcdə saxlayın ki, suyunu süzsün.
Bundan sonra kabaklar daha su salmayacaq.
Ardından kabakları geniş bir qaba alaraq üzərinə 2 yumurta qırıb möhkəm qarışdırın.
Qabın içərisinə əzilmiş pendiri, qabartma tozunu və yulaf kəpəyini əlavə edin.
Burada diqqət edəcəyiniz əsas məsələ bütün ərzaqları eyni vaxtda qatışdırmamaqdır.
Eyni vaxtda qatsanız ərzaqlar normal qarışmayacaqdır ki, bu da istədiyiniz sonucun alınmaması deməkdir.
Son olaraq da Kükü (mücvər) üçün nanə, soğan, cəfəri və ədviyyatları əlavə etmək lazımdır.
Axırıncı dəfə bütün ərzaqları qarışdırdıqdan sonra saxlamadan qəliblərə tökün.
Qabların altına tağlı kağız da qoya bilərsiniz.
Hazırlamış olduğunuz kükünü əvvəlcədən 180 dərəcə qızdırılmış fsobada 20 dəqiqə bişirin.
Kükü (mücvər) sobadan çıxardandan sonra üzərini örtüb 10 dəqiqə saxlayın.
Belə olanda daha ləzzətli olacaqdır.
Servisə hazır kükünün yanına qatıq əlavə edib servis edə bilərsiniz.

Nuş olsun!