Ləzzətli ev çörəyi

Ləzzətli ev çörəyi
Ləzzətli ev çörəyi

Ev çörəyi üçün lazım olan ərzaqlar:

  • 400-450 qr un,
  • 300 ml süd,
  • 7 qr quru maya,
  • 2 ç.q. şəkər tozu,
  • 1 ç.q. duz,
  • 3 x.q. bitki yağı,

Ev çörəyinin hazırlanma qaydası:

  • Əvvəlcə unu ələyin.
  •  Südü qızdırın (ilıq olmalıdır), maya, şəkər tozu və 100 qr  da un əlavə edib mayanın acıması üçün  isti yerə qoyun.
  •  Təxminən 30 dəqiqədən sonra bitki yağı, duz, qalan unu əlavə edib  xəmiri yoğurun və  yenidən mayalanması üçün  isti yerə qoyun.
  •  Xəmir   mayalanandan sonra  yağ çəkilmiş formaya qoyun  və  kündəsinin düşməsini gözləyin.
  •  Sobanı 180 C -yə yaxın  qızdırın.
  • Qızdırdığınız sobada çörəyi 35-40 dəqiqəyə yaxın bişirin.
  • Çörək hazır oduqdan sonra soyumağa qoyun.
  • Çörəyi tam soyudub  sonra doğrayın.

Nuş olsun!