Yazdırma Seçimləri:

Lalanqa (Qədim Ağbabada yemək növü)

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt25 dəq

lalanqa-qədim ağbaba yeməyi

lazım olan ərzaqlar
 1 stəkan süd
 3 ədəd yumurta
 1 yemək qaşığı qabartma tozu
 aldığı qədər un
Bişirmək üçün
 duru yağ
Hazırlanma qaydası
1

lalanqa-qədim ağbaba yeməyi

Qarışdırma qabına 3 yumurta qıraraq çırpın.
Sonra südü əlavə edib qarışdırın.
1 kasa unun içinə duz qatın və çırpılan qarışığın üzərinə tökün.
Duru bir xəmir qatılığı əldə edənə qədər un əlavə edin.
Hazırlanan xəmiri 15 dəqiqə dincə qoyun.
Dərin bir qazana bol duru yağ tökün və qızmasını gözləyin.
Bir çömçə yardımı ilə lalanqa xəmirindən götürüb qızğın yağın içinə yavaş-yavaş tökün.
Hər iki tərəfini qızardın.
Hazır lalanqanın üzərinə arzuya görə şəkər pudrası səpərək də yeyə bilərsiniz.
Eyni zamanda lalanqanı şirin çay və pendirlə də yeyə bilərsiniz.
Belə istifadə etmək isə arzuya görədir.
Çox da isti olmadan servis edə bilərsiniz.
Lalanqa servisə hazırdır.

Nuş olsun!