laqman

Verimlilik1 Porsiya

Lazım olan ərzaqlar

Laqman yeməyi haqqında
1

Laqman orta Asiyaya aid bir yeməkdir.
Bu yeməyi müxtəlif xalqlar özünəməxsus şəkildə və fərqli reseptlərlə hazırlayırlar.
Əsasən Qazax, Əfqan, tacik, uyğur, özbək mətbəxlərində yer alır.
Yeməyin əsasında evdə hazırlanmış uzun əriştə, ət və müxtəlif tərəvəzlər durur.
Laqman – “dartılmış xəmir” kimi tərcümə olunur.
Bu gün sizi klassik laqman resepti ilə tanış edəcəyik.

laqman yeməyinin hazırlanma qaydası
2
laqman

Əti nazik, uzun şəkildə doğrayın və yağda bir qədər qızardın.
Sonra üzərinə nazik yarım halqa şəklində doğranmış soğan əlavə edib qovurun.
Kök, bibər, kartofu nazik və uzun şəkildə doğrayın.
Tərəvəzləri növbə ilə – kök, kartof, bibərləri əlavə edin.
Bir az qovrun.
Əzilmiş sarımsaq, tomat pastası və ya pomidor və ədviyyatları vurub qarışdırın.
Üzərinə 1.5 stəkan su əlavə edib 30 dəqiqə orta odda, qapağı bağlı şəkildə bişirin.
Əriştə üçün xəmir yoğrun.
Bunun üçün un, yumurta, su və duzu qataraq elastik xəmir alınana qədər yoğurun.
Xəmiri 0.5 sm qalınlıqda yayın və 1 sm enində uzun hissələr kəsin.
Bu uzun hissələri ələ bitki yağı sürtməklə iki ovuc arasında sürtüb nazik, uzun formaya salın.
Bir böyük boşqaba yağ çəkin və əriştələri dairəvi formada yığın.
Üzərini yenə bir az yağlayın.
Qazanda su qaynadın.
Duz və 2 x.q. bitki yağı əlavə edib daha sonra əriştəni bir-bir suya salıb qaynadın.
5-7 dəqiqə qaynatdıqdan sonra suyu süzün.
Boşqaba qoyub, üzərinə hazır olan ətli tərəvəzli qarışımdan əlavə edin və xırda doğranmış göyərti səpin.
İsti halda servis edin.
Nuş olsun!

Ərzaqlar

Lazım olan ərzaqlar

Təlimatlar

Laqman