limon-jöleli-muhallebiLazım olanlar:

  • 2 dolu yemək qaşığı nişasta,
  • 2 dolu qaşıq un,
  • 7 yemək qaşığı şəkər,
  • 2 yemək qaşığı hind qozu,
  • 1 çay qaşığı vanilin,

Limon sosu üçün:

  • 1 su stəkanı limon suyu və içmə suyu(yarı-yarıya),
  • 4 yemək qaşığı şəkər,
  • 1,k şirniyyat qaşığı nişasta,
  • 1 yumurta sarısı,
  • 1 şirniyyat qaqşığı kərə yağı,
  • Yarım limon qabığı rəndəsi,
  • Çay qaşığının ucunda sarıkök,

Arası üçün:

  •  Biskivit,
  • Banan,
  • Hazırlanması:
  • Dərin bir qazana hind qozu, şəkər, un, nişastanı töküb qarışdırın.
  • Üzərinə süd əlavə edərək qarışdıraraq bişirin.
  • Ocaqdan endirməyə yaxın , qaymaq qatılığı alan təki vanilini əlavə edib ocaqdan düşürdün.
  • Istiyə davamlı qabın içini su ilə yaxayın.
  • Hazır mühəlləbini qaba boşaldın.
  • Üzərinə biskivit və banan düzün.
  • Soyuducuda 1 saat dincə qoyun.
  • Bu arada da limon suyunu hazırlayın.
  • Yağ xaric bütün ərzaqları qazana alın və ocağın altını yandırmadan  əvvəl ərzaqları tamamən qarışdırın.
  • Qarışdıraraq bişirin.
  • Soyuducuda olan mühəlləbini çıxardın və ilıq limon sosunu üzərinə töküb hər yerinə yayın.
  • Yenidən soyuducuda 2-3 saat saxlayın.
  • Nə qədər çox qalsa şəklini o qədər yaxşı alar.
  • Servis etməzdən əvvəl üzərini istədiyiniz kimi bəzəyə bilərsiniz.