lobya çığırtması
lobya ciqirtma

Lazım olanlar:

Hər pay üçün:

  • 250 q göy faraş lobya,
  • 40 q baş soğan,
  • 30 q yağ,
  • 2 ədəd yumurta,
  • 50 q qatıq,
  • 10 q şüyüd, istiot və duz.

Hazırlanma qaydası:

Göy lobya təmizlənir, ucları sındırılır, damarı çıxardılır, soğan və ədviyyat qatılıb yağda qovrulur.

Bunların hamısı tavanin içinə qoyulub üstünə çalınmış yumurta vurulur və duxovkada bişirilir.

Süfrəyə verilən zaman üstünə yağ tökülür, göyərti səpilir, qabda yanına ayrıca qatıq qoyulur.