Yazan1001 dadKateqoriya

Verimlilik1 Porsiya

Məhsulların hazırlanması
1

• Əvvəlcə toyuğu qaynadın.
• Toyuq ətini təxminən 20 dəqiqə bişirin.
• Bişirib soyutduğunuz ətləri kiçik dilimlərə doğrayın və yaxud da didikləyin.
• Bir cüt şirin yerkökü seçin.
• Yerkökünü də qaynadıb soyudun.
• Yerkökünün də qabıqlarını soyun.
• Soyutduğunuz yerkökünü rəndələyin və yaxud da incə-incə doğrayın.
• Soğanı incə doğrayın 1 xörək qaşığı yağda göbələk ilə birlikdə qızardın.
• Həm təzə, həm də dondurulmuş şampinon göbələyindən istifadə edə bilərsiniz.
• Göbələkləri də doğrayın.
• Yumurtaları da qaynadıb soyudun və qabıqlarını təmizləyin.
• Qaynadılmış toyuq yumurtalarının da ağ və sarısını ayrıca qablara ovxalayın.
• Kartofları da qabıqlı qaynadın.
• Bişirdiyiniz kartofları soyub bir qaba döğrayın(rəndələyin).

Salatın hazırlanması
2

• Gözəl bir salat hazırlamaq üçün, böyük bir boşqabın ortasında bir stəkan qoyun.
• Salat hazır olandan sonra stəkan rahat çıxsın deyə duru yağla yağlayın.
• Stəkanın kənarından başlayaraq doğranmış kartofları yayın.
• Üzərinə duz və mayonez çəkin.
• Kartofun üzərindən toyuq ətini yayıb üzərinə azca duz və mayonez çəkin.
• Təzə soğanı yuyun.
• Sonra suyunu qurutmaq üçün mətbəx dəsmalının üzərinə sərin.
• Yaşıl soğanları incə-incə doğrayıb ət qatının üzərinə yayın.
• Sonra soğanın üzərinə yerkökünü yayın.
• Azca duz səpib yenidən üzərinə mayonez çəkin.
• Qızardılmış göbələkləri də yayın və üzərinə mayonez çəkin.
• Sonra yumurta ağlarını yayın.
• Yumurta ağının üstünə yumurta sarısını zolaq şəklində yayın.
• Salatanın üstündəki sarı dilimlərin arasını yerkökü ilə doldurun.
• Salat hazır olduqdan sonra stəkanı çıxardın.
• Lyubaşa salatı hazırdır.

Salatın bəzədilməsi
3

• Salatı göyərti ilə gözəl bəzəmək qalır.
• Salatı bayram süfrəsinə verməzdən əvvəl iki saat soyuducuda saxlayın.
• Bu salat həm də qəlyanaltı süfrələrinin bəzəyidir.

Ərzaqlar

Təlimatlar

Lyubaşa salatı