Yazan1001 dadKateqoriyaÇətinlikNormal

Mərakeş mətbəxi çox gözəldir.
Burada heç vaxt Mərakeşli tərəfindən hazırlanan xörəklərinin dadına baxmayan birindən bunu eşitmək bir qədər qəribə gələ bilər, amma bu belədir.
Mərakeş xörəkləri demək olar ki, rəngli, ədviyyatlı, qeyri-adi təamların qarışığından ibarət, şirin və turş, parlaq və dadlı olur.
Noxud salatı Mərakeş xörəkləri içərisində ən dadlı bir salat növüdür.
Yadda saxlamaq lazımdır ki, salata digər ərzaqları qatarkən noxud isti olmalıdır.
Belə olan halda noxud bütün təamları özünə yaxşı çəkir.

Verimlilik1 Porsiya
Hazırlanma Müddəti20 dəqBişmə Vaxtı50 dəqÜmumi Vaxt1 saat 10 dəq

Mərakeş üsulu noxud salatı üçün lazım olanlar

Mərakeş üsulu noxud salatı hazırlanma qaydası
1

Axşamdan noxudları soyuq suda isladın.
Suda isladılmış noxudları süzüb dərin qazana tökün.
Üzərinə çıxanadək su əlavə edib qaynamağa qoyun.Orta dərəcəli odda, noxudlar yumşalana qədər təxminən 45 dəqiqə qaynadın.
Diqqət yetirmək lazımdır ki, noxudlar əzilməsin.
Bişmiş noxudların suyunu süzüb , qabıqlarını ovuşduraraq çıxardın.
Soğanları ikiyə bölüb incə-incə doğrayın.
Sarımsaqları xırda-xırda doğrayın.Limonu sıxıb suyunu çıxardın.
Göyərtiləri incə-incə doğrayın
İsti noxudları bir qaba töküb, üzərinə doğranmış soğan, sarımsaq, cirə, toz bibər, zeytun yağı və limon şirəsi əlavə edilərək yaxşıca qarışdırın.
Zövqə görə duz, istiot qatın, doğranmış göyərtinin də çox hissəsini əlavə edin.
Əgər istifadə edəcəksinizsə salatın üzərinə pendir ovub tökün və göyərtinin qalan hissəsini səpin.
Hazır salatı isti halda çorəklə birgə süfrəyə verin.

Nuş olsun!

Ərzaqlar

Mərakeş üsulu noxud salatı üçün lazım olanlar

Təlimatlar

Mərakeş noxud salatı