Yazdırma Seçimləri:

Mahluta Şorbası

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı40 dəqÜmumi Vaxt1 saat

Liviya mətbəxinə aid bir şorba olsada bir çox bölgələrimizdə fərqli isimlə hazırlanan yemək tərifidir. Mahluta şorbası həm çox ləzzətli, həm də çox pratikdir.
Ərəbcə mənası qarışım deməkdir.
Qovrulmuş quru soğanla birlikdə servis edilir .
Əsasən qozlu çörəklə tükədilir.
Göz üçün, revmatizma üçün, xolesterol, immunitet sistemi üçün, şəkər, ürək damar xəstəlikləri üçün faydalıdır.

mahluta-şorbasi

Mahluta Şorbası Üçün Lazım Olan Ərzaqlar
 1 stəkan qırmızı mərcimək
 ½ stəkan düyü
 1 ədəd iri quru soğan
 3 yemək qaşığı duru yağ
 8 stəkan su
 1 yemək qaşığı tomat
 1 yemək qaşığı təzə sıxılmış limon suyu
 1 çay qayığı kərə yağı
 toz qırmızı bibər
Mahluta Şorbası Üçün Ərzaqların Yığılması
1

✅ İstifadə edəcəyiniz qırmızı mərciməyi ayırtlayıb yuyaraq suyunu süzün.
✅ İstifadə edəcəyiniz düyünü ayırtlayıb yuyun və suyunu süzün.
✅ İstifadə edəcəyiniz suyu qazana süzün.
✅ lazım olacaq duru yağı kasaya tökün.
✅ İstifadə edəcəyiniz soğanı soyub kasaya yığın.
✅ Lazım olacaq tomatı bir kasaya tökün.
✅ İstifadə edəcəyiniz duzu, ədviyyatları ayrıca kasalara yığın.

Mahluta Şorbası Üçün Ərzaqların Hazırlanması
2

✅ Suyunu süzdüyünüz mərcimək və düyünü dərin bir qazana yığın.
✅ Üzərinə 8 stəkan su və bir az duz əlavə edib qarışdırın.
✅ Ocağı qızdırın.
✅ İstifadə edəcəyiniz soğanları incə-incə doğrayın.

Mahluta Şorbası Üçün Ərzaqların Bişirilməsi
3

✅ Digər tərəfdə isə içərisinə 3 yemək qaşığı duru yağ qoyduqunuz tavanı ocağa qoyun.
✅ İçərisinə incə-incə doğradığınız soğanları töküb yumşalana qədər qovurun.
✅ Qovurduğunuz soğanların üzərinə bir yemək qaşığı tomat əlavə edin və 1 dəqiqə daha qovurun.
✅ Sonda zövqünüzə görə ədviyyatları qatıb yenidən qarışdırın.
✅ Mərcimək və düyü tamamən yumşaldıqdan sonra üzərinə qovrulmuş tomatlı soğanı əlavə edin.
✅ Bir az qaynadıb ocaqdan alın.

Mahluta Şorbasının Servis Edilməsi
4

✅ Hazırladığınız şorbanı isti halda limonla birlikdə servis edin.
✅ Şorbanın qatılığı çoxdursa azacıq su əlavə edin.

Nuş Olsun!