Maklubə
Maklubə

Lazım olanlar: 

  • 750 gram quzu əti,
  • 2 stəkan düyü,
  • 1 qaşıq kərə yağı və ya marqarin,
  • 3 ədəd orta ölçülü soğan,
  • 1 kiçik stəkan yaşıl noxud konservi,
  • 3 stəkan isti su,
  • 1 ədəd orta ölçülü kök,
  • Duz,
  • istiot,
  • Bulyon (istəyə görə),
  • Yarım stəkan maye yağ (plov üçün),
  • 1 stəkan maye yağ (kartof qızartmaq üçün),

Hazırlanma qaydası: 

  • Yumru düyünü duzlu suda 15-20 dəqiqə gözlədin.
  • Kiçik-kiçik doğranmış ətləri qazana qoyun.
  • Üzərinə bir az çıxacaq qədər isti su əlavə edin.
  • Ətlər yumşalana qədər bişirin.
  • Sonra ətə duz, istiot və kərə yağı əlavə edilib 5 dəqiqə yenə bişirin.
  • Kub şəklində doğranıb suda bişirilmiş kök və noxud konservasını  da ətə əlavə edilib qarışdırın.
  • Kartofu soyun, halğavari dilimləyin.
  • Qaynar yağda yarı bişəcək şəkildə qızardın.
  • Qazanın dibinə ət və noxud qoyun.
  • Bunların üzərinə qızarmış kartofları bir sıra döşəyin.
  • İstəsəniz qazanın kənarlarına da kartof dilimlərini  dik vəziyyətdə düzün.
  • İslatdığınız düyünün suyunu  süzüb, yuyun.
  • Sonra rəngi şəffaflaşana qədər qovurun.
  • Qovrulan düyünü qazanda kartofların üzərinə yayın.
  • 3 stəkan suyu  düyünün üzərinə əlavə edin.
  • Duz əlavə edin.
  • Qazanın qapağını  örtüb  vam odda düyü yumşalıb üzəri göz-göz olana qədər bişirin.
  • Yeməyi qarışdırmaq olmaz.
  • Bişdirdən sonra ocağın üzərindən götürüb  üzərini  təmiz bir bezlə örtün.
  • 10-15 dəqiqə dəmə qoyun.
  • Sonra qazanı düz bir sini üzərinə tərs çevirin.
  • Yeməyin şəklini pozmadan ehtiyatla çıxardın.
  • Bundan sonra sininin ətrafına bir sıra salat, bir sıra qatıq olacaq şəkildə bəzəyin.
  • Isti halda servis edin.