Yazdırma Seçimləri:

Manqal salatı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı40 dəqÜmumi Vaxt1 saat 5 dəq

Manqal salatı

Lazım olan ərzaqlar
 2 ədəd pomidor
 1 ədəd badımcan
 2 ədəd yaşıl bibər
 rəngli bibər
 2 diş sarımsaq
 1 dəstə reyhan
 nanə
 narşərab
 yaşıl soğan
 ½ ədəd limon
 duz
 istiot
Hazırlanma qaydası
1

Salatı hazırlamaq üçün əsasən kiçik ölçülü və möhkəm, əzilməmiş, zədə almamış pomidorlar götürülür və enli şişə taxılır.
Xüsusi ilə biraz turşməzə pomidorlar salatda daha ləzzətli olur.
Bibər də həmçinin, şişə taxılır.
Bu zaman bibərlərin hamısının eyni istiqamətdə: saplaqları eyni tərəfə olmalıdır.
Zövqə görə həm acı, həm də şirin bibər istifadə etmək mümkündür.
Sarımsaq, dişlərə ayrılmadan şişə taxılır.
Bütün bu ərzaqlar közü düşmüş manqala düzülür və burada bişməyə başlayır.
Arada yanmaması üçün şişləri çevirmək lazımdır.
Bişdikcə bunları ağzı bağlı bir qaba toplayırıq.
Bişdikdən sonra pomidorların qabıqları soyulur və doğranılır.
Bu zaman manqalda bişən pomidorların içərisində özək hissəsi varsa onlar da çıxardılıb ayırtlanır.
Bibərlər soyulur və doğranılır.
Bişmiş bibərlərin çəyirdəklərinin ayırtlanmasına, salata qarışmamasına diqqət etmək lazımdır.
Badımcanların qabığı soyulur, təmizlənir və onlar da doğranır.
Bişən sarımsaqlar da dişləriə ayrılır, qabıqları soyulur və kiçik - kiçik doğranılır.
Bişən prasa da üst qabığından təmizlənir və o da doğranılır.
Nanə, reyhan da təmiz yuyulur və kiçik - kiçik doğranılır.
Bu göyərtilərin yarpaqlarının arasında torpaq hissəciklərinin qalmaması üçün geniş bir qabda suda gözlədilir.
Ondan sonra bol su ilə yuyulur.
Baş soğanın da əvvəlcə qabıqları soyulur.
Bundan sonra çox kiçik ölçülü hissələrə doğranır.
Doğranmış pomidor, bibər, sarımsaq, badımcan, göyərti yaxşıca qarışdırılır.
Sonra Manqal Salatının içərisinə limon suyu sıxılır və ya bir az narşərab vurulur.
Sonra salata zövqə görə duz və istiot da vurulur.
Yaxşıca qarışdırılır.
Artıq manqal salatı süfrəyə verilmək üçün hazırdır.

Nuş olsun!