Mimoza salatı

Mimoza salatı
Mimoza salatı ziyafət süfrələrinin vazkeçilməz və qidalı təamlarından biridir.
Lazım olan ərzaqlar:
- 5 ədəd orta boy kök,
- 5 ədəd orta boy kartof,
- 5 ədəd yumurta sarısı,
- 4-5 dənə toyuq budu (balıq, yaxud ət),
- 250 q mayonez,
- 250 q smetan,
- Duz
- İstiot
- Bir parça holland pendiri və ya nar dənələri və ya şüyüd
Mimoza salatı hazırlanma qaydası:
- Salatı hazırlamaq üçün əvvəlcə kartofların qabıqlarını soyub iri-iri doğrayın.
- İri-iri doğradığınız karfofları qazana qoyub üzərinə isti su əlavə edin.
- Kartofları 10-15 dəqiqə bişirin.
- Bişmiş kartofları bir süzgəcin içinə qoyub süzün.
- Kökü iri –iri rəndələyərək üzərinə isti su əlavə edərək kartof kimi bişirib süzün.
- Toyuğu suda bişirin.
- Bişirdiyiniz toyuq ətini əvvəlcə didin, sonra isə mətbəx robotundan keçirdin.
- Yumurtanı bişirib soyun.
- Yumurtanın qabığının asan soyulması üçün bişirdikdən sonra yumurtaları soyuq suyun altında tutub soyudun.
- Yumurta sarılarını çəngəllə möhkəm əzin.
- Smetanla mayonezi möhkəm qarışdırın.
- Salatı hazırlayacağımız qabın alt qisminə əzilmiş kartof yayın.
- Duz və istiot səpilib üzərindən möhkəm basın.
- Bundan sonra kartofların üzərinə mayonezli smetanı sürtün.
- Mayonezli smetanın üzərindən isə əzilmiş toyuğu yayın.
- Bunları elədikdən sonra didilmiş toyuq ətinin üzərindən mayonezli smetan sürtün.
- İndi isə sıra gəldi yumurtaya.
- Yumurtanı mayonezin üzərindən yayın.
- Və yenə mayonez qoyun.
- İndi isə bişib hazırlanmış kökləri yayın.
- Kökün üzərindən də biraz mayonez sürtün.
- Və mimoza salatının ən üst hissəsinə də mayonez sürtərək salatın üzərini qapadın.
- Hazırlanan salatı bir gecə soyuducuda saxlamaq lazımdır.
- Holland pendirini rəndənin incə gözündən rəndələyin.
- Hazırladığınız bu holland pendiri rəndəsini Mimoza salatını süfrəyə verməzdən əvvəl salatın üzərinə bvrabər şəkildə səpin.
- Ancaq bu zaman diqqət edin ki, rəndələnmiş holland pendiri rəndəsi salatın üzərinə yapışmasın. Yəni havalı bir şəkildə salatın üzərində qalsın.
- Bundan sonra kartof soyulan alət vasitəsi ilə holland pendirinin kənarlarını soyun.
- Bu soyulmuş holland pendirindən 3-4 barmaq enində parçalar kəsərək qıvırın.
- Bu qıvrılmış holland pendiri parçalarının içərisinə kök kəsib yerləşdirin.
- Cəfəri saplarından sap hazırlayın.
Salatın üzərini zövqə görə holland pendiri, nar dənələri, və ya xırda doğranmış şüyüdlə bəzəmək mümkündür.
Nuş olsun!
Leave a Reply