muhallebili alma dadlisi

Lazım olanlar:

  • 4 sarı alma,
  • 4 yemək qaşığı şəkər tozu,
  • 8 ədəd biskivit,

Kremi üçün:

  • 750 ml süd,
  • 1 yumurta,
  • 3 yemək qaşığı un,
  • 1 su stəkanı şəkər tozu,
  • 1 paket vanilin,
  • 2 yemək qaşığı kərə yağı,

Iç üçün ərzaqlar:

  • Üzərinə:
  • Döyülmüş qoz,
  • Quru üzüm,
  • Darçın,
  • Üzərinə:
  • Hind qozu,

Hazırlanması:

Almaların qabıqlarını soyub ikiyə bölün.

Çəyirdəklərini çıxardın.

Geniş bir qazana çəkirdək boşlukları altda qalacaq  şəkildə yerləşdirin.

Üzərinə bir yemək qaşığı şəkər tozu səpin.

Almaların yarısını keçəcək qədər su tökün və yaxşı yumşalana qədər bişirin.

Kərə yağı xaric krem ərazqlarını  davamlı qarışdıraraq mühəlləbi qatılığına gələnə qədər qarışdırın.  Iç üçün olan ərzaqları bir kasada qarışdırın.

Yağı əlavə edib əridin.

Bişən almaların çəyirdək yuvalarına iç ərzaqlarını qoyun.

Üzərinə bir biskivit qapadın.

Bisqivit altda qalacaq bir şəkildə geniş kənarlı bir qaba düzün.

Üzərinə kremi yayın.

Ən üstə isə bol hind qozu tökün.

Soyuducuda 1 saat saxlayıb servis edin.