Yazdırma Seçimləri:

Mürəbbəli qurabiyə

Verimlilik1 PorsiyaHazırlanma Müddəti30 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt50 dəq

Lazım olan ərzaqlar
 1 ədəd yumurta
 100 q kərə yağı
 0,50 stəkan şəkər kirşanı
 1 çay qayığı qabartma tozu
 1 paket vanil tozu
 aldığı qədər un
Üzəri üçün
 mürəbbə
 şəkər kirşanı
Hazırlanma qaydası
1

Kərə yağı əvvəlcədən çıxardıb bir qabda otaq temperaturunda gözlədin.
Kərə yağ yumşalmalıdır.
Bir qabda yumşalmış kərə yağı, şəkər kirşanı və yumurtanı bir - birinə yaxşıca qarışdırın.
Daha sonra bu qarışığın içərisinə qabartma tozu, vanil və az- az un əlavə edin.
Bunları da qarışdırıb xəmir yoğurun.
Xəmirin qatılığı qulaq ucu yumşaqlığında olmalıdır.
Bundan sonra hazırladığınız xəmirdən kiçik- kiçik kündələr hazırlayın.
Bu xəmir parçalarını yumrulayaraq kürə formasına gətirin.
Bu xəmir kürəciklərini əliniz vasitəsi ilə və yaxud da səliqəli olması üçün bir qapaq vasitəsi ilə ortasından təzyiq edərək çuxur əmələ gətirin.
Soba sinisinin içərisinə yağlı kağız sərin.
Mürəbbəli qurabiyə xəmirlərini bu yağlı kağızın üzərinə səliqə ilə düzün.
Sobanı 180 dərəcəyə ayarlayıb isidin.
Soba 180 dərəcəyə isidildikdən sonra qurabiyələri bu sobada bişirin.
Qurabiyələr bişdikdən sonra sobadan çıxardın və soyumasını gözləyin.
Soyuyan qurabiyələrin üzərinə əvvəlcə şəkər kirşanı səpin.
Ondan sonra da şəkər kirşanı səpilən qurabiyələrin içərisindəki çuxurlara bir qaşıq mürəbbə əlavə edin.
Ləzzətli və göz oxşayan görünüşlü qurabiyə artıq hazırdır.
Rahatlıqla süfrəyə verə bilərsiniz.
Çox ləzzətli olan bu qurabiyələr, uşaqlar tərəfindən də çox seviləcək.

Nuş olsun!