Nərgiz salatı

nərgiz salatı
nərgiz salatı

Nərgiz salatı

Nərgiz salatı-   hazırlamaq çox asan olmasına rağmən, eyni zamanda çox ləzzətli və göz oxşayan bir salat  növüdür.

Süfrəyə verilərkən üzərindəki bəzəklər Nərgiz gülünə bənzədiyi üçünNərgiz “salatı adlanır.

Hazırlamaq üçün lazım olan ərzaqlar:

  • Toyuq əti: 200 qram,
  • Baş soğan: 2 ədəd,
  • Göbələk : 300 qram,
  • Kartof (suda qaynadılmış): 2 ədəd,
  • Pendir (ağ rəngli holland pendiri də olar): 200 qram,
  • Kök (suda qaynadılıb bişirilmiş): 2 ədəd,
  • Mayonez: aldığı qədər,
  • Xama: aldığı qədər,
  • Göyərti: Zövqə görə,
  • Duz: Zövqə görə,
  • İstiot: Zövqə görə,

Bəzək üçün:

  •  Yumurta

Nərgiz salatının hazırlanma qaydası:

  • Nərgiz Salatı hazırlamaq üçün əvvəlcə baş soğanları soyun.
  • Soğanları soyduqdan sonra bu baş soğanlardan birini doğrayın və əvvəlcədən təmiz yuyulub suyunu çəkən göbələklə bir tavada qızardın.
  • Göbələklərin içərisində torpaq hissəciklərinin qalmaması, təmiz olması üçün yuduqdan sonra geniş bir qaba su qoyun və göbələkləri bu suda biraz gözlədin.
  • Bundan sonra yenidən yuyun və suyunu çəkməsi üçün süzgəcdə gözlədin.
  • İki ədəd kartof və iki ədəd kök də suda qaynadıb  qabıqların;  soyun.
  • Kartoflar;n  qabıqların;  soyduqdan sonra əzilb sürtgəcdən keçirin.
  • Bundan sonra qabıqları soyulan bişmiş kökləri  də əzib sürtgəcdən keçiriin.
  • Kartof və kök sürtgəcdən keçirildiyi zaman, içərisində iri parçalar qalmır.
  • Hamısı əzilmiş olur.
  • Bu zaman salat daha səliqəli çıxır.
  • Toyuq ətini  suda bişirin və bişmiş əti didib salat üçün hazırlayın.
  • Bundan sonra bir boşqabın dibinə əvvəlcədən bişirib, didib hazırladığınız toyuq ətini  düzün.
  • Didilmiş toyuq ətinin üzərindən lay – lay əzilib sürtgəcdən keçirilmiş kartof və kökü də düzün.
  • Bu zaman layların arasına mayonez vurun.
  • Salatın üst qatına  isə yağda qızardılmış soğan və göbələk qızartmasını vurun.
  • Bunların üzərini də mayonez və xama ilə yaxşıca örtün.
  • Ağ və ya holland pendirini də rəndədən keçirin.
  • Pendir qırıntılarını da salatın üzərinə səpin.
  • İndi isə sıra gəldi salatın bəzədilməsinə.
  • Bunun üçün kökü suda bişirin.
  • Sonra bu suda bişmiş kökləri nazik halqa formasında kəsin.
  • Kök halqalarının ortasını ehtiyatla çıxardın.
  • İçi çıxardılmış kökləri nərgiz gülü kimi düzün.
  • Çiçəklərin saplaqları üçün isə göy soğandan istifadə edin.
  • Suda qaynattığımız kökdən hazırladığımız nərgiz gülünün ləçəklərinin içərisindəki boşluğu bəs necə edək?.
  • Nərgiz gülü ləçəklərinin içərisini doldurmaq üçün yumuranı suda qaynadın.
  • Qaynayıb bişən yumurtaların  qabıqlarının rahat soyulması üçün isti – isit soyuq suya tutun.
  • Yumurtaların qabıqlarını soyun.
  • Ağını ayırın.
  • Yumurtaların sarısını sürtkəcdən keçiridin.
  • Bu əzdiyimiz yumurta sarıları ilə bişmiş kökdən hazırladığımız nərgiz güllərinin ləçəklərinin boşluqlarını doldurun.

Nuş olsun!