Yazdırma Seçimləri:

Naan

Verimlilik1 PorsiyaHazırlanma Müddəti1 saatBişmə Vaxtı15 dəqÜmumi Vaxt1 saat 15 dəq

Mətbəx elə bir yerdir ki ,orada dünyanın hər bir yerindən qonaq qarşılaya bilərsiniz və öz süfrənizdə başda əyləşdirə bilərsiniz.
Fərqli ləzzətlər fərqli ərzaqlarla birlikdə müxtəlif reseptlərlə qapınızdan içəriyə girə bilər. Bu dəfə Hindistan mətbəxinə müraciət edəcəyik . Onların hər bir öyün yeməklərinin yanında servis etdikləri, quru -quru yeyə biləcəyiniz bir çörək tərifi ilə sizləri tanış edəcəyik. Qarşınızda: Naan
Bu çörək kartoflu, sarımsaqlı və yaxud da fərqli ədviyyatlarla hazırlanaraq yeyilir. Bizim sizə təqdim edəcəyimiz bu çörək çox sadə hazırlanır. Yumşaq Naan çörəklərinin üzərinə kərə yağı sürtərək yeməyə doya bilməyəcəksiniz.

🫓 Naan Üçün Lazım Olan Ərzaqlar
 1 yemək qaşığı quru maya
 1 çay qayığı şəkər tozu
 ¾ stəkan ilıq su
 3 stəkan un
 3 yemək qaşığı qatıq
 4 yemək qaşığı zeytun yağı
 2 yemək qaşığı əridilmiş kərə yağ
 duz
🫓Üzəri Üçün Lazım Olan Ərzaqlar
 5 yemək qaşığı əridilmiş kərə yağ
🫓Naan Üçün Lazım Olan Ərzaqların Yığılması
1

✅Naan üçün lazım olacaq mayanı bir kasaya alın.
✅ İstifadə edəcəyiniz qatığı kiçik kasaya yığın.
✅ İstifadə edəcəyiniz duzu kiçik kasaya yığın.
✅ Naan üçün lazım olan kərə yağını bir kiçik kasaya yığın.
✅ İstifadə edəcəyiniz zeytyn yağını stəkana süzün.
✅ İstifadə edəcəyiniz şəkər tozunu bir kiçik kasaya yığın.
✅ İstifadə edəcəyiniz qədər unu bir yoğurma qabına yığın.
✅ Naan üçün lazım olacaq suyu bir stəkana süzün.

🫓Naan Çörəyinin Bişirilmə Qaydası
2

naan

✅ Maya, ilıq su və şəkəri bir qabın içində qarışdırın və 10 dəqiqə üzəri qapalı bir yerdə dincə qoyun.
✅ Geniş bir qaba unu ələyərək ortasını açın.
✅ Qatıq və yağları da una əlavə edin.
✅ Ardından dinlənən mayanı və duzu da unun içərisinə əlavə edip yaxşıca yoğurun .
✅Yoğurduğunuz xəmirin üzərini qapadıb otaq temperaturunda 1 saata yaxın mayalanmağa qoyun.
✅ Ardından mayalanan xəmiri səkkiz bərabər kündəyə ayırın.
✅ Kündəni oxlov yardımıyla azca unlayaraq orta qalınlıqda olacaq şəkildə açın.
✅ Ocağı yandırın.
✅ Naanı bişirəcəyiniz tavanı ocaqda qızdırın.
✅ Qızdırdığınız tavada çörəyi arxalı önlü göz- göz olana qədər bişirin.

🫓Naanın Servis Edilmə Qaydası
3

naan

İsti -isti üzərinə ərimiş kərə yağı sürtün və servis edin.
İstəsəniz sarımsaqlı kərə yağı sürtərək də servis edə bilərsiniz.
Naanı istənilən öyün yeməkləri zamanı istifadə edə bilərsiniz.

Nuş Olsun!