Napaloen salatı
Napaloen slatı üçün lazım olan ərzaqlar:
- holland pendiri,
- 4 ədəd yumurta,
- 1 dəstə göy soğan,
- Qaymaq,
- Mayonez,
- 3-4 ədəd kök,
- 1 dəstə kahı,
- 150 q toyuq file,
- Hazır yuxa,
- duz,
Napaloen salatının hazırlanma qaydası:
- Əvvəlcə bütün tərəvəzləri yuyun.
- Suyunu çəkmək üçün bir aşsüzənə yığın.
- Ərzalar suyunu verdikdən sonra göy soğanı, kahını kiçik -kiçik doğrayın.
- Yumurtanı, kökü, toyuq fileni ayrı-ayrı qazanda əzilmədən bişirin.
- Kökü və yumurtanı kubiklər şəklində kiçik-kiçik doğrayın.
- Bişirdiyiniz toyuq filesini də kiçik -kiçik doğrayın.
- Bütün bunları tamamladıqdan sonra salatın hazırlanması işinə başlayın.
- Əvvəlcə hazır yuxlardan birini salatı hazırlayacağınız boşqabın içərisinə sərin.
- Üzərinə mayonezi bərabər yaxın.
- Hazırladığınız ərzaqları sırası ilə yuxanın üzərinə yayaraq azca duz səpin.
- Bu işləmi yuxalar və ərzaqlarınız bitənə qədər davam edin.
- Salatınızın səliqəli olması üçün salat hazırladığınız boşqabın üzərinə dairəvi bir qəlib yerləşdirin.
- Salat hazırlama prosesi sona yetənə qədər qəlib qalmalıdır.
- Bu işləm sona yetdiyində sonuncu yuxanı da üzərinə qoyun və üzərinə rəndələnmiş holland pendiri, yumurta və soğan və kahı əlavə edin.
- Tamamlama işi bitdikdən sonra qəlibi salatın üzərindən çıxardın.
Nuş olsun!
To Top
Leave a Reply