NARŞƏRABnarserab

Narşərab hazırlamaq üçün lazım olan ərzaqlar:

  • Turş nar

Narşərab hazırlanma qaydası:

  • İnsan sağlımlığı üçün faydalı olan nardan hazırlanan narşərabın hazırlanma qaydası son dərəcə asandır.
  • Buyurun, Narşərabın hazırlanma qaydası ilə tanış olun.
  • Nar qabıqlarından təmizlənir.
  • Nar dənələrini rahat təmizləmək üçün əvvəlcə bıçaq vasitəsi ilə üst hissəsini qapaq kimi  kəsin.
  • Kəsilən hissəni qaldırdıqdan sonra dənələrin arasında pərdə görünür.
  • Pərdələrin yanından kəsin.
  • Nar rahatlıqla hissələrə ayrılacaqdır.
  • Sonra tərs tərəfindən taxta qaşıqla vuraraq nar gilələrini  qabıqdan ayırın.
  • Təmizlənən nar dənələri mümkünsə bir mikser vasitəsi ilə əzin.
  • Möhkəmcə əzildikdən sonra çəyirdəyi nar şirəsindən ayırın.
  • Bundan sonra nar şirəsini  süzgəcdən keçirin və narşərabını  bişiriləcəyini  geniş ağızlı qazana yığın.
  • Bundan sonra qazanı odun üzərinə qoyun.
  •  Bişirilərkən arada nar şirəsinin üzərindəki kəfi alın.
  • Bu zaman sobanın temperaturu təqribən 130-150 dərəcə olur.
  • Bişirmə zamanı qazanın dibinin tutub nar şirəsinin yanmaması üçün vaxtaşırı şirəni qarışdırmaq lazımdır.
  • Nar şirəsini qarışdırmaq üçün taxta qaşıqdan istifadə etmək məsləhət görülür.
  • Çünki metal qaşıqla qarışdırmaq, turşuluq dərəcəsi yuxarı olan nar şirəsinin içərisində oksidləşmə verə bilər.
  • Təqribən 5 saat qaynayan nar şirəsi, bəkməz halına gəlib qatılaşdıqdan sonra ocağın üzərindən götürün.
  • Narşərab bişdikdən sonra soyudun, saxlanılacaq olan qablara alın.
  • Hazır məhsulu saxlamaq üçün şüşə qabdan istifadə etmək məsləhət görülür.
  • Narşərab uzun müddət qalacaqsa, günəş şüalarının bir başa şüşələrə təmas etməməsinə çalışmaq lazımdır.
  • Qaranlıqda saxlamaq məsləhət görülür.
  • Eyni zamanda sərin yerdə saxlamaq lazımdır.

 

Qeyd:

1 kq təmizmənmiş nar dənəsindən təqribən 250-300 ml narşərab əldə etmək mümkündür.