Ördək dolması

Verimlilik1 Porsiya

Lazım olan ərzaqlar

Ördəklərin təmizlənib hazırlanması qaydası
1

Ördəklərin üzərinə qaynar su tökün.
Bir az gözləyin.
Qaynar su töküldükdən sonra tüklər rahatlıqla çıxır.
Bundan sonra ocaqda ördəyin qalan tüklərini yandırın.
Bunu da təmizlədikdən sonra ördəyin qarnı açılır və təmizlənir.
Sonra ördəyin cigərini təmizləyin.
Təmizlədiyiniz ördəyi təmiz-təmiz yuyub suyunu axıtmaq üçün bir yerdən asın.
Ördəyin suyu çəkildikdən sonra istiot, kəklikotu, duz qataraq ördəyin içinə və çölünə sürtərək ovxalayın.
Bu proses bişirməzdən 12 saat əvvəl yerinə yetirilsə daha yaxşı olar.

Dolmanın hazırlanması
2

İç plovu hazırlamaq üçün soğanları kiçik-kiçik doğrayın.
Doğradığınız soğanları yağda qovurun.
İstərsəniz cigərləri də kiçik-kiçik döğrayıb soğanın içində qovurun.
Bibər tomatı və düyünü əlavə edin.
Düyülər də qovruiduqdan sonra istiotu, duzu və 1 stəkan isti suyu əlavə edin.
Düyüdən diri bir plov bişirin.
Ördəyin içini plov ilə doldurun və qarnını tikin.
Böyük bir qazanda dolan ördəyi yağda qızardın.
Bir az bibər tomatı əlavə edin.
Ördəyi tomatlı yağ ilə o üz bu üz qızardın.
Ördəyi qazana alın.
Yarısına qədər isti su doldurun.
Bir az duz atın.
Qaynayan ördəyi daha 30 dəqiqə qədər bişirin.
Bişən ördəyi servis tabağına alın.
İstərsəniz plovun üzərinə ətləri alaraq servis edin.
Nuş olsun!

Ərzaqlar

Lazım olan ərzaqlar

Təlimatlar