Yazdırma Seçimləri:

Oruk kababı(incə bulğur kababı)

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt45 dəq

Oruq kababı (incə bulğur kababı)

Lazım olan ərzaqlar
 0,50 kq yağlı qiymə(toyuq əti də ola bilər)
 1 stəkan incə bulğur
 2 ədəd soğan
 2 diş sarımsaq
 istiot
 qırmızı bibər
 1,50 çay qayığı bibər tomatı
 1 çay qayığı nanə
 çöp şiş
 1 çimdik duz
Hazırlanma qaydası
1

Əvvəlcə bir çay stəkanı incə bulğuru isladıb yumşalana qədər gözləyin( suyunu çox qoymaq olmaz, yumşaq olar şişdə durmaz).
Geniş bir qaba soğan və sarımsağı rəndələyin.
Içinə qiyməni, ədviyyatları və tomatı əlavə edin.15 dəqiqəyə yaxın yoğurun.
Daha sonra 10 15 dəqiqə dincə qoyun.
Dincə qoymağınızın səbəbi əldə etdiyiniz ərzağın çöp şişdən düşməməsi üçündür.
Taxta şişlərə taxaraq qızardın.
Bir tavada qızarda bilmək üçün şişləri 2-yə ayırın.
Bu kababı sobada və manqalda da bişirə bilərsiniz.
Oruk kababını pidə çörəyinin üzərinə qoyaraq da servis edə bilərsiniz.
Çöp şişdən çıxartmadan kartof qızartması və plovla da servis edə bilərsiniz.

Nuş olsun!