Yazdırma Seçimləri:

Ovdux-doğramac

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqÜmumi Vaxt25 dəq

ovdux-doğramac

Lazım olan ərzaqlar
 200 q qatıq
 100 q su
 100 q təzə xiyar
 1 dəstə göy soğan
 0,50 q keşniş
 0,50 q şüyüd
 0,05 q reyhan
 1 ədəd yumurta
 100 q mal əti
 duz
 sarımsaq zövqə görə
Hazırlanma qaydası
1

Ovdux hazırlamaq üçün qaynadılıb soyudulmuş su qatıqla qarışdırılır.
Qabığı soyulmuş xiyar və göyərti xırda doğranılır.
Durulaşdırılmış qatığa qarışdırılır.
Duz və sarımsaq qatılıb soyuducuya qoyulur.
Ovdux soyuq halda süfrəyə verilir.
Ovdux, adətən, ətsiz hazırlanır.
Müstəsna hallarda ovduxa bişirilib xırda doğranmış mal əti və bərk bişirilmiş yumurta qatılır.

Nuş olsun!