
Pandispanya
10 dilim
Hazırlanma zamanı:
10 dəqiqə,
Bişirmə zamanı:
20 dəqiqə,
Lazım olan ərzaqlar:
-
4 yumurta
-
2 yemək qaşığ toz şəkər.
-
1/2 çay stəkanı su(otaq temperaturunda),
-
1/2 su stəkanı şəkər pudrası,
-
1,5 su stəkanı un,
-
1 paket qabartma tozu,
Hazırlanma qaydası:
- Yumurtanın ağını və sarılarını diqqətli bir şəkildə ayrı -ayrı qablara ayırın.
- Yumurtanın ağlarını toz şəkər də əlavə etdikdən sonra mikser ilə yüksək devirdə qatılaşana qədər çırpın.
- Ələnmiş un, qabartma tozu, şəkər pudrasını da ayrı bir qabda qarışdırın.
- Yumurta sarılarını dərin bir qabda otaq temperaturunda olacaq bir şəkildə su əlavə edərək sürətli qarışdırın.
- Qatılaşan yumurta ağlarınıa unlu qarışığı və su ilə çırpılmış yumurta sarılarını yavaş -yavaş əlavə edin.
- Bütün ərzaqları 2 dəqiqə qədər çırpın və sonra altına yağlı kağız sərilmiş fırın sinisinin hər tərəfinə bərabər şəkildə yayın.
-
Pandispanyayı içini çəkməsi və kəsərkən xəmir olmaması üçün ən az 30 dəqiqə qədər gözlədin.
Öncədən qızdırılmamış, soyuq fırında bişirin.
Həddindən çox bişirməyin.
-
Arzuya görə keks qəlibi istifadə edin.
- Fırında 170 dərəcədə 20 dəqiqəyə yaxın bişirin.
- Bişən pandispaniyanı fırında daha 2 dəqiqə tutduqdan sonra servis tabağına tərs çevirib çıxardın.
- Arzuya görə sadə yaxud da hazırladığınız kremi və yaxud da təzə meyvələr ilə qapadaraq servis edin.
- Sevdiklərinizlə birlikdə nuş edin!
Leave a Reply