Parmezan pendirli makaron
Parmezan pendirli makaron üçün lazım olan ərzaqlar:
- 10 q bitki yağı.
- 1/4 fincan soğan,
- 1 diş sarımsaq,
- 1 qutu duru qaymaq,
- 1 qaşıq parmezan pendiri,
- 1 q duz,
- 120 q bişmiş makaron,
Üzəri üçün:
Parmezan pendirli makaron un hazırlanma qaydası:
- Əvvəlcə tavanı ocaqda qızdırın və içərisinə duru yağı əlavə edin.
- Yağ bir az qızdıqdan sonra doğranmış soğanı əlavə edib bir az qovurun.
- Sonra sarımsağı da əlavə edib 1-2 dəfə qarışdırdıqdan sonra duru qaymağı da əlavə edib qarışdırın.
- Bundan sonra pendiri və duzu əlavə edib qarışdırın.
- Makaronu ayrıca bir qazanda bişirib süzün.
- Qarışım hazır olduqdan sonra makaronu da əlavə edib qarışdırın.
- Hazırladığınız parmezan pendirli makaronun üzərinə quru kəklikotu səpərək servisə hazırlayın.
- İsti -isti servis edin.
Nuş olsun!
To Top
Leave a Reply