Yazdırma Seçimləri:

Pavlova

Verimlilik1 PorsiyaHazırlanma Müddəti40 dəqBişmə Vaxtı40 dəqÜmumi Vaxt1 saat 20 dəq

Yeni Zellandiya mətbəxinə məxsus bu şirniyyat, ilk dəfə məşhur sovet balerin Anna Pavloanın bu ölkəyə gəlişi münasibəti ilə hazırlanmışdır. İçi yup-yumşaq, çölü isə xırt –xırtdır. Bezeyə bənzəyir. Tərkibində şəkər miqdarı çox olmasına rağmən, un və yağdan heç istifadə edilmir.

Pavlova Üçün Lazım Olan Ərzaqlar
 5 ədəd yumurta ağı
 300 q toz şəkər
 1 çimdik nişasta
 1 paket vanilya
 10 ədəd çiyələk
Pavlova Kremi Üçün
 1 stəkan süd
 2 yemək qaşığı şəkər tozu
 vanil
Pavlova Hazırlanma Qaydası
1

✅ Yumurtanın ağlarını köpük halına gətirin.
✅ Yavaş-yavaş şəkər tozunu əlavə edin.
✅ Şəkəri 25 dəqiqə çırpın.
✅ Qatı bir köpük əldə edin.
✅ Bu arada barmaqlarınızın arasında şəkərin tam əriyib ərimədiyini kontrol edə bilərsiniz.
✅ Qarışıma sirkə, nişasta, vanilin əlavə edin.
✅ 5 dəqiqə daha çırpın.

Pavlova Üçün Kremin Hazırlanma Qaydası
2

✅ Kremi hazırlamaq üçün bir kasaya bişməmiş süd, pudra şəkəri və vanil qoyun.
✅ Mikserlə çırpın

Pavlovanın Bişirilməsi Qaydası
3

✅ Soba sinisinə bişirmə kağızı sərin.
✅ Bişirmə kağızının üzərinə əldə etdiyimiz köpüyü yaymadan təpə formasında qoyun.
✅ Orta hissəsini biraz çuxur kimi eləyin.
✅ Sonradan buraya krem qoyulacaq.
✅ Daha sonra 120 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin.
✅ 40 dəqiqə sonra sobanı söndürün və soba soyuyana qədər qapağını açmayın.
✅ Soyuyanda sobadan çıxarın.

Qeyd:
4

Krem çox qarışdırılarsa pozula bilər.

Pavlovanın Bəzədilməsi
5

✅ Pavlovanın üzərini istədiyiniz sosla bəzəyə bilərsiniz.
✅ Ancaq çox şirin olduğu üçün sadəcə krem şanti istifadə etməyiniz məsləhətdir.
✅ Pavlovanın bir tərəfinə seçdiyiniz meyvələri yerləşdirin.
✅ Üzərinə hazırladığınız kremi tökün.

Nuş Olsun!