Yazdırma Seçimləri:

Pelmeni

Verimlilik1 PorsiyaHazırlanma Müddəti50 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt1 saat 5 dəq

pelmeni

Lazım olan ərzaqlar
 350 q un
 kök
 1 dəstə göyərti
 350 q mal əti
 150 q qoyun əti
 100 q soğan
 2 diş sarımsaq
 60 ml süd
 150 ml su
 34 ədəd dəfnə yarpağı
 istiot
 duz
Hazırlanma qaydası
1

Pelmeni hazırlamaq üçün əvvəlcə xəmir yoğrulur və 20-30 dəqiqə isti yerdə üzəri örtülərək gözlədilir.
Mal əti, piy, soğan, sarımsaq iki dəfə ətçəkən maşından keçirilir.
Kök rəndələnir, soğan və göyərti kiçik - kiçik doğranır.
Kök, soğan, göyərti, duz, istiot, süd ətə əlavə edilir və pelmeninin içliyi yaxşıca qarışdırılır.
Özünü tutan xəmirdən yuxa hazırlanır.
Yumru açmalar hazırlanır.
Pelmenini suda bişirmək və yağda qızartmaq mümkündür.
Bişirərkən 1 kq pelmeni üçün 4 litr su qaynadılır.
Bu suya duz vurulur və 3-4 ədəd dəfnə yarpağı əlavə olunur.
Yeməyin bişməsi üçün 15 dəqiqə qaynadılır.
Bundan sonra xörək isti- isti süfrəyə verilir.

Nuş olsun!